“Ağıllı“ qurğu internetdən məhsul sifariş edəcək
Tarix: 25.11.2016 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


“Amazon” şirkəti tərəfindən "ağıllı" ev üçün təqdim edilmiş yeni qurğular gündəlik tələbat məhsullarının vaxtında təmin edilməsinə nəzarət edəcək.
Hələ cari ilin yanvarında istifadəyə verilmiş “Amazon Dash Replenishment” layihəsi əvvəllər "ağıllı" düymələrdən istifadəyə əsaslanırdı. Həmin düymələrə toxunuş etdikdə internet mağazasından zəruri məhsul sifariş edilirdi. Bu halda bir düymə yalnız bir konkret məhsul üçün proqramlaşdırılmışdı. İndi şirkət məhsulların internet üzərindən sifarişini avtomatlaşdırmağa dair qərar verib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, “Amazon” tərəfindən təqdim edilmiş yeni qurğular evdə zəruri məhsulların ehtiyatına müstəqil nəzarət edir və çatışmadıqda onları sifariş edə bilir. Şirkət yeni xidmətini işə salmaq üçün “Whirpool”, “Samsung”, “Bosch” və “Purell” kimi partnyorlarla işbirliyi qurub.
Təqdim edilmiş “WePlenish” adlı qurğu istehlak vərdişləri, məhsulların anbar otağı və ya yeşikdə yerləşməsini araşdırır və bundan sonra zəruri məhsulların mövcudluğunu izləməyə başlayır. Cihaz, həmçinin çatışmayan məhsulları müstəqil sifariş edə bilir.
“GeniCan” adlı qurğu zibil çəninə qoşulur və atılmış məhsulların ştrix kodunu skan edir. Bundan sonra qurğu almaq lazım olan zəruri məhsulların siyahısını tərtib edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info