Statistika Komitəsində Coğrafi İnformasiya Sisteminin yaradılması istiqamətində tədbirlər görülür
Tarix: 25.11.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) Avropa İttifaqının (Aİ) dəstəyi ilə reallaşan “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində Coğrafi İnformasiya Sisteminin (CİS) yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Komitədən AZƏRTAC-a bildirilib ki, bu sistem tvinninq layihəsini əhatə edən 4 komponentdən biridir. Məqsəd sözügedən sistem vasitəsilə statistik məlumatların Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasıdır.
Bolqarıstan, Almaniya və Sloveniyadan olan mütəxəssislərlə birgə DSK nümayəndələrinin noyabrın 21-25-də Coğrafi İnformasiya Sisteminin yaradılmasında müxtəlif təqdimatları olub. Sayca keçirilən 2-ci iclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan da nümayəndələr iştirak ediblər. Coğrafi İnformasiya Sisteminin əsas komponenti olan veb-xəritələrin hazırlanması və statistik məlumatların bu xəritələr vasitəsilə yayılması barədə müzakirələr aparılıb. Nəticədə işçi qrupunun yaradılması, CİS üzrə məlumatların yayılması üçün mütəxəssislərin cəlb olunması qərara alınıb. İclasda qarşılıqlı maraq doğuran suallar da cavablandırılıb.
Qeyd edək ki, Coğrafi İnformasiya Sistemi vasitəsilə istənilən internet istifadəçisi coğrafi-statistik məlumatlarla tanış olmaq imkanı əldə edəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info