BSU-da IV İslam Həmrəyliyi Oyunları Könüllülük Proqramının təqdimatı keçirilib
Tarix: 25.11.2016 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları Könüllülük Proqramının təqdimatı keçirilib. “Könüllü ol, uğurlu gələcək qur!” devizi altında baş tutan tədbirin mahiyyəti barədə tələbələri məlumatlandıran tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova onları İslam Həmrəyliyi Oyunlarında fəal olmağa səsləyib.
Tədbirdə İslam Həmrəyliyi Oyunları və Könüllülük Proqramı haqqında tələbələrə faydalı məlumatlar verilib. İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri İslam Həmrəyliyi Oyunlarının tarixi, nəzərdə tutulmuş idman növləri, yarışların keçiriləcəyi məkanlar və iştirak edəcək dövlətlər barədə söz açıblar. Qeyd edilib ki, Baku-2015 Avropa Oyunları və Formula-1 yarışlarından fərqli olaraq, İslam Həmrəyliyi Oyunlarında tələbələrlə yanaşı müəllimlər də könüllülük əsasında fəaliyyət göstərə biləcəklər. Könüllü olmaq üçün qeydiyyatdan keçməyin qaydalarını izah edən nümayəndələr qeydiyyat vaxtının dekabr ayının sonuna qədər davam edəcəyini diqqətə çatdırıblar. Bildirilib ki, könüllü olaraq seçiləcək gənclər İslam Həmrəyliyi Oyunlarının keçirilməsində müxtəlif sahələrdə, o cümlədən qonaqların qarşılanması, akkreditasiya, media, idman, texnologiya, nəqliyyat, məkanın idarə olunması, işçi qüvvəsi, milli olimpiya komitələri, təhlükəsizlik və protokol kimi sahələrdə böyük təcrübə əldə edəcəklər.
Sonra Baku-2015 Avropa Oyunları və Formula-1yarışlarında könüllü olaraq fəaliyyət göstərən BSU tələbələrinin könüllük barədə fikirləri dinlənilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info