Ərdoğan: “Avropa daha da irəli getsə, sərhəd qapılarını açacağıq”
Tarix: 25.11.2016 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


“Daha da irəli getsəniz, sərhəd qapılarını açacağıq, bunu bilin”. Bu sözləri Avropa Parlamentinin Avropa İttifaqını Türkiyə ilə üzvlük müzakirələrini dayandırmağa səsləyən tövsiyə xarakterli qərarına münasibət bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.  
Ankarada keçirilən Ədalət və Qadın Konqresində çıxın edən R. T. Ərdoğan Avropa Parlamentinin qərarını sərt tənqid edib: “Siz insanlığa münasibətdə heç vaxt səmimi olmadınız. Toplanıb, gəliblər bir araya, 30-40 nəfər qərara yox deyir, 400 nəfər hə deyir. Lap cəminiz hə deyin, bizim üçün nə fərq edir ki? Daha irəli getsəniz, sərhəd qapılarımızı açarıq, bunu bilin. 53 ildir ki, Türkiyəyə Avropa İttifaqının qapısını açmayanlar bizi sanksiyalarla təhdid edir. 14 ildə batdıqmı, çökdükmü? Ancaq inkişaf etdik. Unutmayın ki, Qərbin Türkiyəyə ehtiyacı var. Hazırda 3 milyon qaçqını yerləşdirən, bəsləyə Türkiyədir. Avropa indiyə qədər qaçqınlara yardımla bağlı bizə verdiyi vədləri yerinə yetirmədi. Türkiyə qaçqınlara öz qapılarını Avropa İttifaqından yardım gələcəyini düşünərək açmayıb. Biz o insanları bombalardan xilas olmaları üçün qəbul etdik. İndiyə qədər BMT Türkiyədə qaçqınlar üçün 550 milyon dollar,  Avropa İttifaqı 700 milyon dollara qədər vəsait göndərib. Türkiyə dövləti isə 15 milyard dollar xərcləyib.  Qeyri-hökumət təşkilatlarının xərclədiyi vəsaitləri bura daxil etmirəm”. 
Qeyd edək ki, Avropa Parlamenti noyabrın 24-də Avropa İttifaqını Türkiyənin quruma üzvlüyü barədə Ankara ilə aparılan müzakirə prosesini müvəqqəti dondurmağa çağıran qərar qəbul edib. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib
20.07.2019
ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib
20.07.2019
Böyük Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır
20.07.2019
İİKK Hörmüz boğazında Britaniyaya məxsus neft tankerini saxlayıb
19.07.2019
Hindistanda daşqınlar nәticәsindә hәlak olanların sayı 136 nәfәrә çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info