Siyavuş Novruzov: “Vaxtilə demokratiya adı altında ölkələrə təsir edənlər indi bunu din pərdəsi ilə edirlər”
Tarix: 25.11.2016 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Azərbaycanda dövlət ilə din həmişə bir yerdə olub.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün “Milli mənəvi dəyərlər və KİV” mövzusunda jurnalistlər üçün təlimlərin açılışında deyib.
O bildirib ki, vaxtilə başqa ölkələrə demokratiya və sair adlar altında təsir göstərməyə çalışanlar, indi də müxtəlif ölkələrə din pərdəsi altında təsir göstərməyə çalışırlar:
"Ona görə də jurnalistlər bu məsələdən yazan zaman hər şeyi ölçüb-biçməlidirlər. Ayrı-ayrı dövlətlərin bizi izləyən qurumları var. Nə isə baş verəndə tez bəyanat verirlər, Azərbaycana təzyiq etməyə çalışırlar. Ona görə də, biz onların əlinə bu imkanı verməli deyilik. Dini təbliğat məsələsində daha aktiv olmalıyıq. Bəzi insanlar xaricdə qanunsuz silahlı qruplaşmalara qoşulurlar. Bizim burada torpaqlarımız işğal altında ola-ola, onlar xaricdə qanunsuz silahlı birləşmələrə qoşulurlar. Amma nəyin uğrunda, heç özləri də bilmirlər. Biz mətbuatla birgə təbliğat işləri aparmaqla, bu halların qarşısını almalıyıq".

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info