“ELS”Müstəqil Araşdırmalar Mərkəzi ilin layihəsinə yekun vurub
Tarix: 25.11.2016 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


“ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin yekun təqdimatını keçirib.
Təqdimatda “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova layihəyə dair görülən işlər, o cümlədən sentyabr ayında Azərbaycanın 21 ali təhsil müəssisəsinin 1050 tələbəsi arasında aparılmış sosioloji araşdırma, İctimai Televiziyanın “Addım-addım” (5 buraxılış) və “Açıq dərs” (1 buraxılış) verilişlərində ekspertlərin iştirakı ilə ümumilikdə 6 mövzu ətrafında müzakirələr və s. haqqında məlumat verib. Bildirib ki, 3 ay davam edən layihə zamanı cəmiyyəti narahat edən problemlər və onların həlli yolları araşdırılıb, ekspertlər tamaşaçılarla canlı ünsiyyət zamanı fikir və təklifləri ilə bölüşüblər.
“Açıq dərs” verilişində müzakirə olunan “İxtisas seçiminə ailənin təsiri və rolu” mövzusunun cəmiyyətdə rezonansa səbəb olduğunu deyən İ.Yaqubova bu məsələnin gündəmdə saxlanmasının zəruri olduğunu vurğulayıb.
Sonra mövzu ətrafında ictimai müzakirələr başlayıb. İctimai Televiziyanın rəsmisi Zaur Mahmudov İTV-nın bu cür layihələri dəstəklədiyini vurğulayıb, “Açıq dərs” verilişinin aparıcısı Orxan Cabbarov isə peşə seçimi məsələsinə toxunub: “Peşə məktəblərini inkişaf etdirmək istəyiriksə, bu istiqamətdə konkret addımlar atmalıyıq. Çox təəssüflər olsun ki, regionlarda yaddan çıxan peşə məktəbləri var. Əgər biz bu problemi kökündən həll etmək istəyiriksə, peşə təhsili ilə bağlı islahatları kompleks şəkildə aparmalıyıq”. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil nazirliyi, Ombudsman Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri də məsələnin aktuallığını nəzərə alaraq, bu istiqamətdə köklü islahatların aparılmasının qaçılmaz olduğunu dilə gətiriblər. Tədbir maraqlı fikir və təkliflərlə davam edib. Peşə ixtisas müəssisələrinin rəhbərləri mövcud problemlər, o cümlədən işəgötürənlərlə peşə məktəbləri arasında əlaqənin zəif olması və s. eyni zamanda son illərdə müşahidə olunan müsbət dəyişikliklərdən danışıblar.
Tədbirdə aidiyyəti dövlət qurumları, qeyri-hökümət təşkilatları, orta peşə ixtisas müəssisələri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info