BANM-də “Gənc Ekoloqlar” layihəsi həyata keçirilib
Tarix: 25.11.2016 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə V kursda təhsil alan tələbəsi Mustafa Əsgərovun “Gənc Ekoloqlar” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub və layihənin icrası uğurla başa çatıb.
Layihə çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 140 tələbə peşəkar təlimçilərin dəstəyi ilə ətraf mühitin qorunması, ekoloji problemlər və onların yaratdığı fəsadlar ilə dərindən tanış olub, bu problemlərin həlli yolları istiqamətində fikir mübadiləsi aparıblar. Layihənin son günündə isə poster yarışması keçirilib. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş ekoloji problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdiriblər. Sonda qalib komandanın üzvlərinə fərqlənmə diplomu təqdim olunub.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyilə həyata keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info