Azərbaycan xaricə zeytun ixracını artıracaq
Tarix: 02.04.2013 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Azərbaycanın ən böyük ərzaq məhsulları istehsalçısı olan «Azersun Holding» şirkəti ölkədə zeytun ağaclarının əkilməsi və qorunması ilə bağlı yeni layihəyə start verib. Gələn həftə Bakının Nizami rayonundan başlanacaq layihə Bakıda və respublikanın digər ərazilərindəki zeytun ağaclarını əhatə edəcək. Layihəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları, qeyri-hökumət təşkilatları və ictimaiyyət cəlb olunacaq.
Bununla bağlı keçirilən mətbuat konfransında «Azersun Holding»in İctimaiyyətlə əlaqələr və sosial xidmətlər Departamentinin rəhbəri Afiq Səfərov və marka təmsilçisi Ellada Şiriyeva «Zeytun Bağları» markası altında start veriləcək yeni maraqlı layihə ilə bağlı məlumat veriblər. «Azersun Holding»in zeytun yağları istehsal etdiyini bildirən A.Əsədov qeyd edib ki, hazırda xammal üçün istifadə olunan zeytun Bakı və Bakıətrafı ərazilərdən yığılır, eləcə də xaricdən gətirilir və Dübəndidəki zeytun emalı fabrikində emal olunur. Yerli sakinlərdən xammal üçün zeytunun alınması nəticəsində Azərbaycanda təqribən 5 minə yaxın vətəndaş işlə təmin olunub. Şirkət təmsilçiləri Azərbaycanda istehsal olunan zeytun yağlarının keyfiyyətinə görə bu sahədə Avropa liderləri sayılan Yunanıstan və İspaniyadan geri qalmadığını bildiriblər: «İki il əvvəl Yunanıstanın Krit adasında keçirilən müsabiqədə hamı Azərbaycan zeytununun keyfiyyətinə əmin olub». Şirkət zeytunun xaricə ixracını genişləndirməyə hazırlaşır. Bununla əlaqədar olaraq ölkədə zeytun ağaclarının sayının artırılması çox mühümdür. A.Əsədov bildirib ki, indiyədək «Azersun Holding» Bakıda və respublikanın digər ərazilərində 200 mindən artıq zeytun ağacı əkib. Zeytunun bir sıra faydalarını xatırladan «Zeytun Bağları» marka təmsilçisi E.Şirinova son vaxtlar Azərbaycanda da zeytun yağının istifadəsinin artdığını və ona tələbatın yüksəldiyini bildirib. Eləcə də onun sözlərinə görə, xarici ölkələrdə də Azərbaycanın zeytun yağlarına maraq artır.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info