SDU-da müasir dilçiliyin aktual problemləri müzakirə olunub
Tarix: 25.11.2016 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Sumqayıt Dövlət Universitetində (SDU) “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SDU-nun Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə birgə təşkil etdiyi konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunub.
SDU–nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, konfransda dünyanın bir çox ölkələrindən, respublikamızın elmi-tədqiqat institutlarından və ali məktəblərindən dəvət olunmuş dilçi-alimlər iştirak ediblər.
Konfransda “Müstəqillik dövründə dil siyasəti”, “Korpus dilçiliyi və filologiya”, “İşarə dili müasir dilçiliyin aktual problemlərindən biri kimi”, “Xarici dilin linqvodidaktik təsviri təcrübəsi”, “Azərbaycan dilinin terminologiyasında nizamasalma prosesi” mövzularında məruzələr dinlənilib.
Məruzələrdən sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında ədəbi dil və dil normaları qloballaşma şəraitində, mövcud vəziyyət və problemlər, kütləvi informasiya vasitələrinin dili, müqayisəli dilçilik, dillərin linqvodidaktik təsviri, üslubiyyat və semantika və digər mövzularda müzakirələr aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info