Cerrard karyerasını başa vurdu
Tarix: 26.11.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


“Liverpul” klubunun və İngiltərə yığmasının sabiq futbolçusu Stiven Cerrard karyerasını başa vurub. Bu barədə 36 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. Cerrard hələ bir müddət əvvəl bildirmişdi ki, ABŞ-ın “Los Anceles Qalaksi” komandası ilə müqaviləsinin müddəti başa çatan kimi karyerasını yekunlaşdıracaq. Sözünü tutan təcrübəli yarımmüdafiəçi futboldan gedişini belə izah edib: “Karyeram ərzində kifayət qədər inanılmaz emosiyalar yaşamışam. Xüsusən də 1998-ci ildə “Liverpul”da debüt edəndə təsəvvür edə bilməzdim ki, qarşıda məni hələ 18 il gözləyir. Kapitanı olduğum və bir çox mükafat qazandığım “Liverpul”un heyətində 700 oyun keçirdiyim üçün qürur hissi duyuram. Mən heç vaxt İstanbul xatirəmi unutmaram”. Xatırladaq ki, məhz ingiltərəli futbolçunun böyük əzmkarlığı sayəsində “Liverpul” 2004/2005-ci il UEFA Çempionlar Liqası mövsümünün İstanbulda keçirilən və hesabda 3:0 geri düşdüyü finalı qazanmışdı. Qeyd edək ki, 1998-2015-ci illər ərzində “Liverpul”un formasını geyinmiş Cerrard “qırmızılar”ın heyətində ümumilikdə 710 oyunda 186 qol vurub. O, 2000-2014-cü illər ərzində şərəfini qoruduğu İngiltərə yığmasında isə 114 matçda 21 dəfə fərqlənib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb
19.01.2019
“Qalatasaray” komandası Çexiya klubunun futbolçusunu heyətinə cəlb edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info