Qazaxıstanda azərbaycanlı iş adamlarının yeni təşkilatı yaradılıb
Tarix: 26.11.2016 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Qazaxıstanda yaşayan azərbaycanlı iş adamları yeni təşkilat təsis ediblər. Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü və yaxından köməyi ilə yaradılan, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycanlı Sahibkarların İttifaqının əsas məqsədi bu ölkədə xırda və orta bizneslə məşğul olan hüquqi və fiziki şəxslərə konsaltinq, marketinq xidmətləri göstərmək və onların hüquqlarını qorumaqdır.
İttifaqın sədri Gündüz Məmmədli bildirib ki, yeni təşkilat Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamlarına və onların tərəf müqabillərinə böyük imkanlar açacaq. Yeni qurum Prezident İlham Əliyevin tapşırığı ilə İqtisadiyyat Nazirliyinin ixracın təşviqi istiqamətində apardığı siyasətə uyğun olaraq Qazaxıstanda layihələrin reallaşdırılması məqsədilə AZPROMO ilə sıx əməkdaşlıq edəcək. Bununla əlaqədar, təşkilat azərbaycanlı sahibkarlara Qazaxıstanda tərəf müqabillərin tapılmasında, ölkəmizdə fəaliyyət göstərən istehsal müəssisələrinin, eləcə də kənd təsərrüfatı məhsullarının mütəmadi olaraq bu ölkədə satışının təşkil olunması üçün distribüterlər, iri ticarət və topdansatış şirkətləri ilə birbaşa əlaqələrin qurulmasında mühüm rol oynayacaq, onların informasiya təminatında iştirak edəcək. Xırda və orta bizneslə məşğul olan azərbaycanlı sahibkarların fəaliyyətinin genişləndirilməsi, Azərbaycan məhsullarının Qazaxıstana ixracı, bu məqsədlə yeni bazarların müəyyən edilməsi, eləcə də Qazaxıstandan ölkəmizə məhsulların idxalının təşkil edilməsinə dəstək təşkilatın qarşısında duran mühüm vəzifələrdən olacaq. G.Məmmədli bildirib ki, “Made in Azerbaijan” brendinin bu ölkədə təşviqi məqsədilə ittifaq mühüm layihələr həyata keçirəcək. Artıq Qazaxıstanın 6 vilayətində - Almatı, Qərbi Qazaxıstan, Manqistau, Atırau, Akmola, Cənubi Qazaxıstan və Qızılorda vilayətlərində səfirliyin yaxından iştirakı və köməyi ilə yerli Sahibkarlar Palatası ilə əməkdaşlıq barədə sazişlər və memorandumlar imzalanıb, konkret biznes layihələrinin icrası üçün işçi qruplar yaradılıb. Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamlarından ibarət ittifaqı bu bazara üz tutan azərbaycanlı iş adamları və şirkətlərimiz arasında daimi işgüzar əlaqələrin yaradılmasını təmin edəcək, onlarla birgə investisiya layihələrinin işlənilməsinə kömək edəcək. Yeni qurum Azərbaycan səfirliyi ilə də sıx işləyəcək, regional nümayəndəliklərini yaratmaqla inkişafını təmin edəcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info