Bakı Metropoliteni sərnişindaşımada liderdir
Tarix: 02.04.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteni Beynəlxalq “Metro” Assosiasiyasının üzvüdür. Bu quruma daxil olan metropolitenlərin, müəssisə və təşkilatların bütün sahələr üzrə hesabatları, nailiyyətləri mütəmadi təhlil edilir. Həmin təhlillərə əsasən, Bakı Metropoliteni stansiyaların sayına görə, bölgü əsasında sərnişindaşımanın həcminə əsasən, postsovet məkanında birinci, dünyada isə 44-cü yerdədir.
Bu barədə Bakı Metropoliteninin yol sahəsinin işçiləri ilə görüşündə qurumun rəisi Tağı Əhmədov bildirib. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olan kollektivin fəaliyyətindən danışan Tağı Əhmədov nümunələr əsasında diaqnostika, rels-qaynaq, əsaslı təmir, yollara nəzarət və xidmət sahələrində xidmətin səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Son illər dövlət başçısının sərəncamları ilə metronun inkişaf planının hazırlanması və həyata keçirilməsi istiqamətində çoxşaxəli işlərin görüldüyünü qeyd edən metropolitenin rəhbəri, qarşıdakı illərdə yol xidmətinin də inkişaf edəcəyini və ən yeni texnologiyalardan istifadə etməklə daha məsuliyyətli bir dövrə hazır olmağın vacibliyini vurğulayıb.
Rəis diqqətə çatdırıb ki, metronun inkişaf layihəsi dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində maksimal hesablamalar üzərində qurulub və 2016-cı ildən - birinci Dövlət Proqramının başa çatacağı dövrdən metronun şəhərin həyatında rolu bir qədər də artacaq. Görüşdə metropolitenin yol xidmətinin işçiləri xidmətin fəaliyyətini daha da yaxşılaşdırmaqla bağlı səmərələşdirici təkliflər irəli sürüb və mövzu ətrafında müzakirələr aparılıb.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info