“İraqda terror aktı nəticəsində 40-dək iranlı zəvvar ölüb”
Tarix: 26.11.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“İraqda baş verən terror aktı nəticəsində ölənlər arasında ən azı 40 iranlı zəvvar var”. Bunu İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi deyib.
O bildirib ki, hadisə nəticəsində, həmçinin 20 iranlı zəvvar yaralanıb. Xatırladaq ki, cümə axşamı günün ikinci yarısı İraqın Babil əyalətinin Hillə şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Partlayış zamanı Kərbəla ziyarətindən geri qayıdan zəvvarlar həlak olub. İranın Təcili Tibbi Yardım Stansiyasının rəhbəri, Ərbəin Qərargahının Səhiyyə və Müalicə Komitəsinin sədri Pirhüseyn Kulivənd isə deyib ki, İraqda baş verən terror aktında ölənlərin sayının 100 nəfərdən çox olacağı ehtimal edilir: “Ola bilsin ki, həlak olan iranlı zəvvarların sayı 60 nəfərdən də çox olsun. Cəsədlərin çoxu yanıb, bu üzdən onların kimliyinin müəyyənləşdirmək çətinləşir”. O əlavə edib ki, hazırda ölən və yaralanan zəvvarların kimliyinin dəqiqləşdirilməsi prosesi davam edir: “Hadisə zamanı İrandan İraqa getmiş 30-dək zəvvar yaralanıb. Onlardan 24 nəfər İranda yaşayan Əfqanıstan vətəndaşıdır”. İranın Qırmızı Aypara Cəmiyyətinin təcili yardım avtobusları, habelə iki təcili yardım vertolyotu İran-İraq sərhədində yaralılara xidmət göstərmək məqsədi ilə hazırlıq vəziyyətinə gətirilib. İranın Həcc və Ziyarət Təşkilatı isə bəyan edib ki, müvafiq qurumlar təhlükəsizlik təminatına dair zəmanət verənədək iranlı zəvvarlar Samirra şəhərinə göndərilməyəcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi isə bəyanat yayaraq baş vermiş terror aktını pisləyib.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
“İnsan hüquqlarının müdafiəsi adı altında gizlənənlərin əsl məqsədi hədəf ölkəyə təzyiq etməkdir”
23.05.2019
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir
23.05.2019
İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23.05.2019
“Ölkədə axan qanın dayandırılması üçün hələ də imkan var“
23.05.2019
“Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info