Yaponiyadan etiraz
Tarix: 26.11.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Yaponiya Cənubi Kurildə raket komplekslərinin yerləşdirilməsi ilə əlaqədar Rusiya tərəfinə etirazını bildirib. Bu barədə Yaponiyanın xarici işlər naziri Fumio Kişida bəyan edib.
Noyabrın 22-də Sakit okean donanmasının rəsmi qəzeti məlumat yayaraq bildirib ki, Kuril adalarında “Bal” və “Bastion” raket kompleksləri yerləşdirilib. Bundan sonra Yaponiya xarici işlər naziri Moskvanın bu hərəkətinə müvafiq formada cavab veriləcəyini bildirib. F.Kişidanın parlamentin aşağı palatasının təhlükəsizlik komitəsində dediyi sözləri sitat gətirən Kyodo agentliyi yazır: “Ümid edirəm ki, siz bizim etiraz etdiyimizi başa düşürsünüz”. Həmin ərəfədə Baş nazir Şinzo Abe də təəssüf hissi keçirdiklərinin diplomatik kanallar vasitəsilə çatdırıldığını bildirib. Yaponiyanın müdafiə naziri Tomomi İnada güman etdiyini bildirib ki, Rusiya bu raketləri Oxot dənizindəki sualtı qayıqların təhlükəsizliyi məqsədilə yerləşdirib. T.İnadanın sözlərinə görə, həmin raketlərin uçuş məsafəsi Yaponiyanın şimal adası olan Hokkaydonun şərq sahillərinə çatır. Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa da öz növbəsində həmin raketlərin yerləşdirilməsinin qəbuledilməz olduğunu deyib. Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, həmin raketlərin Kuril adalarında yerləşdirilməsi plana uyğundur və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskvanın bu addımının müəyyən əsasları var və bu, Yaponiya ilə münasibətlərə təsir göstərməməlidir. Məlumat üçün bildirək ki, “Bastion” raket kompleksi 600 kilometr məsafədə sahil mühafizəsi üçün nəzərdə tutulub və müxtəlif tip gəmiləri məhv etməyə qadirdir. “Bal” raket komplekslərinə isə gəmilərə qarşı X-35 raketləri daxildir və bu raketlər 125 kilometr məsafədə hədəfləri məhv etmək iqtidarındadır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info