Suriyanı parçalama planı: Hələbdə özünüidarəetmə şurası yaradılması təklifi
Tarix: 26.11.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“Biz müxalifətin təklifini ölkəmizin parçalanmasına hesablanmış addım kimi dəyərləndiririk”

Suriya münaqişəsi ətrafında muzakirələr açıq-qapalı formada davam etdirlir. Müzakirə tərəfləri Suriyanın ərazi bütövlüyünü dəstəkləsələr də, qapalı görüşlərdə başqa variantlar da nəzərdən keçirilir. Bu gün terrorçularla Əsədə tabe qüvvələr arasında əsas döyüş nöqtəsi Hələbdir. Bəzi mənbələr qeyd edir ki, müzakirələrdə Hələbdə yerli özünüidarətmə verilməsi gündəmə gətirilib. Bəzi məlumatlara görə, bu məsələ ilə bağlı dialoqda rusiyalı nümayəndələr də iştirak edirlər.
Lakin Dəməşqdə bütün baş verənləri mənasız bir hal kimi dəyərləndirib, çıxış yolunu Hələbi bütün terrorçulardan təmizləməkdə görürlər. Türkiyədə qərarlaşan Suriya müxalifəti Hələbdə yerli idarəetmə şurasının yaradılmasını israr edirlər. Bu barədə “İzvestiya” qəzetinə Suriya müxalifəti Milli Koalisiyasının baş katibi Abdel İlyax Fəhd. məlumat verib: “Burada söhbət yerli idarəetmə şurasından gedir. Biz bu məsələni rusiyalı nümayəndələrlə müzakirə etmirik. Amma Türkiyənin hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Layihə çərçivəsində Hələbdə hərbi əməliyyatların dayandırılması, “əl-Nusra” qruplaşmasının şəhərdən çıxarılması təklif edilir”. Qeyd edək ki, “İzvestiya” nəşrinə danışan Suriya parlamentinin üzvü Ammar Bakdaş ölkənin hansısa bir ərazisində yerli özünüidarəetmə şurasının yaradılmasının yolverilməz olduğunu və bunun heç bir dünya ölkəsinin təcrübəsində müşahidə edilmədiyini bəyan edib: “Biz Suriyanın birlik və suverenliyinin qorunmasının tərəfdarı kimi çıxış edirik. Qalan bütün məsələlər hökumət qoşunlarının Hələbi terrorçulardan tam azad edəndən sonra həllini tapacaq. Suriya müxalifətinin təkliflərini isə biz ölkəmizin parçalanmasına hesablanmış addım kimi dəyərləndiririk. Bu məsələ ilə bağlı mövqeyimizi xarici işlər nazirimiz artıq bəyan edib və bu mövqe dəyişməz qalacaq”. Ərəbdilli “Aş-Şark al-Ausat” nəşri öz qaynaqlarına istinadən Suriya müxalifətinin Türkiyənin vasitəçiliyi ilə Ankarada Rusiya nümayəndələri ilə görüş keçirdiyi barədə də məlumat yayıb. Lakin bu danışıqların mahiyyəti barədə heç bir məlumat verilmir. Rusiyanın Ankaradakı səfirliyi də “İzvestiya”ya görüş barədə heç bir məlumata malik olmadıqlarını bildirib. Daha bir maraqlı detal. BMT-nin Suriya üzrə baş katibinin xüsusi nümayəndəsi Steffan Mistura hələ ötən ay təşkilata üzv olan ölkələrə Hələbin şərqində vəziyyəti həll etməyə çağırış etmişdi. Təklif olunan sənəddə şəhərin bombalanmasının dayandırılması, “əl-Nusra” qruplaşmasının şəhərdən çıxarılması və yerli özünüidarəetmənin tətbiqi təklif edilirdi. BMT səlahiyyətlisini bu təklifi Dəməşq tərəfindən rədd edilmişdi. “Bu təklif tamamilə yolverilməzdir və bizim suverenliyimizin pozulmasıdır” deyə Suriya xarici işlər naziri bildirmişdi. Hələbdə özünüidarəetmə məsələsi ilə bağlı məsələyə münasibət bildirən Rusiya isə bir daha bəyan edib ki, Moskvanın Suriyanın ərazi bütövlüyünü qorunmasının tərəfdarıdır.
Ağasəf Babayev








 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Putin İnquşetiyanın yeni rəhbərini təyin edib
26.06.2019
Gürcü larisi tarixi minimumu yenilədi
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi
26.06.2019
Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub
26.06.2019
Gürcüstanda parlamentin sədri dəyişdi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info