Makaronu necə seçməli?
Tarix: 02.04.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Makaron məmulatı dənəvər buğdadan hazırlanmış, yüksək keyfiyyətli, uzun müddət keyfiyyətini dəyişmədən saxlanıla bilən yeyinti məhsuludur. Bu məmulat yaxşı dadına və qidalılığına görə fərqlənir və müxtəlif xörəklərin hazırlanmasında istifadə olunur. Makaron məmulatının tərkibində zülal, yağ, nişasta, şəkər, mineral maddələr və s. var və orqanizmdə 94% həzm olunur.
Makaron məmulatları yüksək keyfiyyətli və birinci sort unların tərkiblərinin zənginləşdirilməsinə görə çeşidlərə bölünürlər. Yüksək keyfiyyətli undan hazırlanmış makaron məmulatları yumurtalı və yumurtasız hazırlanır. Birinci sort unun tərkibi yumurta, süd unu, melanj, pomidor pastası, kök və ispanaq unu, müxtəlif vitaminlər və s. qarışıqlarla zənginləşdirilir. Qarışıqlardan asılı olaraq makarondan reseptlər əsasında uşaq və pəhriz xörəkləri hazırlanır.
Makaron məmulatları üçün una yumurta və ya yumurta unu qarışdırıldıqda onların keyfiyyəti, zülalların və yağın miqdarı artır, dadı yaxşılaşır, qidalılıq dəyəri yüksəlir. Belə halda onlar bişirildikdə dağılmır, çox hənir salmır, makaronun rəngi sarıya çalır. Makaron məmulatlarının keyfiyyət göstəriciləri onlara məxsus standartın tələbinə uyğun olmalıdır. Makaron məmulatının keyfiyyəti onların rəngi, səthinin vəziyyəti forması və bişirildikdən sonrakı iyi, dadı, bişirmə artımı və həlim salması ilə təyin edilir. Fiziki-kimyəvi xassələrinə görə onların nəmliyi, turşuluğu, sınma bərkliyi, sınmış qırıntıları və deformasiyaya uğrama vəziyyəti müəyyən edilir.
Makaron məmulatının rəngi əsasən birtonlu olub sarıyaçalar və ya kremrəngli, hazırlandığı unun növünün rənginə və ya onu zənginləşdirmək üçün qatışıqların rənginə uyğun gəlməlidir. Səthi hamar olmalı, çox zəif çıxıntılı olmağa yol verilir. Sındırma halında şüşəvari olmalıdırlar. Xarici forması məhsulun çeşidinə uyğun olmalı, əyriliyə, deformasiya olmasına, girintili-çıxıntılı olmasına yol verilmir. İyi və dadı özünəməxsus olmalı, acı tamı, boğucu və kif iyi, kənar iy və dad olmamalıdır. Bişiriləndə məmulat formasını itirməməli, yapışqanlı olmamalı və uzununa yarılmamalıdır.
Makaron məmulatlarının nəmliyi 13%-dən çox, uşaq yeməkləri üçün hazırlanmış məmulatın nəmliyi isə 12%-dən çox olmamalıdır. Adı makaron məmulatının turşuluğu 40-dan və pomidor pastası ilə zənginləşdirilmiş məmulatlarda isə 100-dən çox olmamalıdır. Təminatlı saxlanılma müddəti əlavəsiz makaron məmulatları üçün 1 il, yumurta, süd və s. əlavə olunmuş makaron məmulatı üçün 6 ay, tomatlı makaron məmulatı üçün 2 aydır. Bu məmulatların saxlanılması zamanı temperaturun sabit olmasının böyük əhəmiyyəti vardır. Temperatur kəskin dəyişdikdə məhsulda çatlar əmələ gəlir, ovuntu və sınıqların miqdarı və nəmlik artır. Saxlama müddəti ötdükdə makaronda dəyişikliklər nəzərə çarpır, turşuluğu artır.
Makaron məmulatını kağız və ya sellofan paketlərə və karton karobkalara, kraft-kisələrə qablaşdırırlar. Bu məmulatlar quru, təmiz, nisbi rütubəti 70%-dən çox olmayan yerlərdə saxlanmalıdır. Rütubətin yüksək olması məhsulun nəmlənməsinə və xarab olmasına səbəb ola bilər. Məhsulun bükülməsi və qablaşdırılması standartın tələblərinə cavab verməlidir.
Saxlama yerlərində onlar zərərvericilərdən və gəmiricilərdən qorunmalıdır. Bu məhsullarda keyfiyyətin qorunması üçün nəmliyin normal saxlanması əsas şərtdir, onun normadan cüzi artıq olması məmulatın qırılıb, əzilməsinə gətirə bilər.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info