Londonda Azərbaycanla bağlı portalın təqdimatı olub
Tarix: 28.11.2016 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılan “In Azerbaijan” (http://inazerbaijan.co.uk/) internet portalının təqdimat mərasimi keçirilib.
Şuradan bildiriblər ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində keçirilən təqdimat mərasimində səfirliyin əməkdaşları, yerli gənclər təşkilatlarının nümayəndələri və tələbələr iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən səfirliyin birinci katibi Polad Məmmədov bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb, “No Collective” təşkilatının həyata keçirdiyi layihənin hər iki ölkənin cəmiyyətləri arasında əlaqələrin genişləndirilməsinə təkan verəcəyini deyib.
Daha sonra “NO Collective” təşkilatının rəhbərlərindən olan xanım Natali Beys portal haqqında məlumat verərək deyib: “Biz portalın hazırlanması məqsədilə zəruri məlumatları toplamaq üçün Bakıya səfər etdik. Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ictimai-siyasi həyatı haqqında saytda geniş məlumatlar yerləşdirilib. Portalda, həmçinin Azərbaycan və Böyük Britaniya gənclərinin yazışdığı interaktiv bloq və müvafiq tədris materiallarına da yer ayrılıb. Saytdakı xəbərlər mütəmadi şəkildə yenilənəcək”.
Qeyd edək ki, təqdimat mərasimindən əvvəl xanım N.Beys paytaxt London ərazisində yayımlanan “London Live” televiziya kanalının qonağı olub və izləyicilərə portal haqqında ətraflı məlumat verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info