“Gənclər arasında dini radikalizm təzahürlərinə qarşı maarifləndirici seminarlar“
Tarix: 28.11.2016 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Qəbələ və Oğuzda gənclər üçün dini maarifləndirici seminarlar təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB tərəfindən "Gənclər arasında dini radikalizm təzahürlərinə qarşı maarifləndirici seminarlar" layihəsi çərçivəsində Oğuz və Qəbələ rayonlarında seminarlar təşkil edilib.
Layihənin məqsədi cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, gənclərin dini radikal və ekstremist qruplara cəlb olunmasının qarşısının alınmasına, gənclərin dini radikalizm və ekstremizmlə mübarizə ruhunda tərbiyə olunmasına, dini radikalizm və ekstremizm ideyalarının gənclərin dünyagörüşünə təhrif edici təsirinin və ciddi psixi anomaliyaların qarşısının alınmasına kömək etməkdən ibarətdir.
Seminarlarda layihənin aktuallığı, gənclərin bu sahədə məlumatlı olmasının əhəmiyyəti, dövlət-din münasibətləri, Azərbaycan respublikasının bu sahədə qanunvericiliyi, Konstitusiyada təsbit olunmuş dini etiqad azadlığı, respublikamızda dini tolerantlıq mühiti, o cümlədən multikultural dəyərlər, milli-mənəvi dəyərlər, ailə dəyərləri, dövlətimizin dini dəyərlərimizə göstərdiyi qayğı, ölkə Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi və s. haqqında geniş məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info