“Ümumrusiya Azərbaycan Konqresinin dinamik fəaliyyət göstərməsini istəyirik”
Tarix: 27.11.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Noyabrın 26-da Moskvada Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi Şurasının iclası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak edib.
İclası ÜAK-ın prezidenti Məmmədbağır Əliyev açaraq tədbirin keçirilməsi üçün yetərsayın olduğunu bildirib, gündəlikdə duran məsələlər barədə məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iclasda çıxış edib. Azərbaycan dövlətinin Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətini daim diqqət mərkəzində saxladığını vurğulayan Əli Həsənov deyib: “Ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə qurulmuş bu təşkilat yarandığı gündən biz ÜAK-a Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi üçün bir resurs kimi baxırıq. Biz bu resursun imkanlarından səmərəli surətdə istifadə edirik”.
Prezidentin köməkçisi qeyd edib ki, ÜAK-ın güclü bir təşkilat kimi fəaliyyət göstərməsi Azərbaycan və Rusiya dövlətlərinin marağındadır. “Biz Ümumrusiya Azərbaycan Konqresinin dinamik fəaliyyət göstərməsini istəyirik. Təşkilatın fəaliyyətində canlanmaya və dinamizmə ehtiyac var. Bunun üçün ÜAK-ın bütün üzvləri səylərini səfərbər etməlidirlər”, - deyə Əli Həsənov vurğulayıb.
Sonra ÜAK-ın icraçı katibi İlqar Hacıyev təşkilatın 2015-2016-cı illərdə gördüyü işlərlə bağlı hesabatla çıxış edib.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edərək Prezident İlham Əliyevin Rusiyada yaşayan azərbaycanlıların problemlərini daim diqqətdə saxladığını bildirib. O bildirib ki, ÜAK Rusiyada yaşayan bütün azərbaycanlıları öz ətrafında birləşdirən güclü bir təşkilat olaraq fəaliyyətini daha səmərəli qurması üçün bundan sonra çox iş görməli, yeni ideya və təkliflərlə çıxış etməlidir.
Səfir Polad Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Diplomat qeyd edib ki, səfirlik Azərbaycan diasporunun daha da güclənməsi üçün öz səlahiyyətləri çərçivəsində bütün zəruri addımları atmağa hazırdır.
Mərkəzi Şuranın iclasında ÜAK-ın mövcud problemləri və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb, regional bölmələrin rəhbərlərinin rəy və təklifləri dinlənilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info