Lufthansa pilotlarının tətili daha iki gün uzadılıb
Tarix: 28.11.2016 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Lufthansa aviakompaniyası pilotlarının maraqlarını təmsil edən Almaniyanın Vereinigung Cockpit həmkarlar ittifaqı tətilin daha iki gün uzadıldığını elan edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, maaşların artırılmasına dair şirkət rəhbərliyi ilə bazar günü aparılan danışıqlar dalana dirənib. Buna görə də pilotlar tətili çərşənbə axşamı və çərşənbə günləri də davam etdirəcəklər. Noyabrın 29-da əsasən daxili reyslər, 30-da isə bütün uçuşlar dayandırılacaq.
Lufthansa şirkətindən verilən məlumata görə, əvvəlki tətil günlərində ləğv olunmuş 2 min 755 aviareys 345 min sərnişinə təsir göstərib. Tətilin hər günü şirkətə 10 milyon avroya başa gəlir. Maaşlarının beş ildir qaldırılmamasından şikayətlənən pilotlar tələb edirlər ki, əməkhaqları dondurulan bu müddətin hər ili üçün 3,6 faiz, ümumilikdə isə 20 faiz artırılsın. Rəhbərlik bununla razılaşmır və bildirir ki, pilotların tələbi yerinə yetirilsə, Lufthansa-nın varlığına son qoyula bilər.
Pilotlarla rəhbərlik arasında tarif mübahisələri artıq iki ildir uzanır. Bu müddətə 14-cü dəfə keçirilən tətillər səbəbindən aviadaşıyıcı 16 min reysi ləğv edib və 453 milyon avro ziyana düşüb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info