Gənclər müxalifətin keçmişini bilsələr onlara qoşulmazlar
Tarix: 02.04.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Müxalifət partiyalarının özlərinin də etiraf etdikləri kimi şüar söyləməkdən başqa bir iş görmədiyi artıq hamıya məlumdur. Lakin müxalifət partiyaları gənclərin təcrübəsizliyindən, bu sahədə məlumatsızlığından istifadə edib onları öz sıralarına cəlb edirlər. İndiki gənclərin böyük əksəriyyəti 1992-93-cü illərdə körpə olduqlarından müxalifət partiyalarının keçmişindən xəbərsizdirlər.
Mən də bu gənclərin böyük əksəriyyəti ilə həmyaşıdam və mənim üçün indiki müxalifət partiyalarının keçmişi maraqlıdır. Bununla bağlı kiçik bir araşdırma apardım və məyusedici məqamlarla qarşılaşdım. Üstəlik bu məyusedici məqamlara iqtidar nümayəndələrinin deyil, müxalifətdə təmsil olunan şəxslərin mətbuata verdiyi açıqlamalarında rast gəldim. Qarşılaşdığım birinci məqam mənə tanış idi. Müsavat və AXCP indi olduğu kimi həmin dövrdə də bir-biri və digər daxili qüvvələr ilə intriqa aparır, hakimiyyətə gəlmək üçün müxtəlif vasitələrdən istifadə edirdilər. Bunu vəkil A. İsmayılovun mətbuata verdiyi açıqlamalardan birində səsləndirdiyi fikirlər də təsdiq edir: “Bir tərəfdən İsa Qəmbərin, bir tərəfdən də Əli Kərimlinin qarşıdurması var idi. öz aralarında qarşıdurma olduğuna görə rəqiblərinə qarşı vahid cəbhədə birləşə bilmirdilər”. İndi həmin dövrü yadımıza salaq. Rayonlarımızın bir-birinin arxasınca işğal edildiyi dövrdə, işğal edilmiş rayonların əhalisinin ölkənin içərisinə axın etdiyi bir dövrdə partiya maraqlarını bir kənara qoyub xarici və daxili düşmənlərə qarşı vahid cəbhədə birləşmək əvəzinə bir-biri ilə mübarizə aparmaq nəyə lazım idi? Bu hansı dövlətçilik məntiqinə uyğun gəlir?
Vaxtilə prezident seçkiləri ərəfəsində Ermənistan mətbuatında AXCP sədri Qərb dairələrinə hakimiyyətə gələcəyi təqdirdə, Dağlıq Qarabağ münaqişəsində istənilən güzəştə getməyə hazır olduğuna dair vəd verdiyi haqqında informasiya yayılmışdı. Burada deyilirdi: “Əli Kərimli hakimiyyətə gəlmək məsələsində dəstəyə görə vədlər verib. Həmin dairələrin maraqlarını təmin etməyi söz verən Kərimli, hakimiyyətə gələcəyi təqdirdə, Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə getməyə hazır olduğu məsuliyyətini də üzərinə götürüb”. Lakin məlum informasiyanı Azərbaycan mətbuatı verəndən sonra belə, Əli Kərimli buna münasibət bildirmədi. Bu da istər-istəməz insanların beyinlərində saysız sual işarələrinin meydana gəlməsinə səbəb olur. Bu məsələyə aydınlıq gətirmək isə Əli Kərimlinin birbaşa xalq qarşısında borcudur.
ADP-də təmsil olunmuş Qurban Məmmədovun ölkədəki müxalifət partiyalarından Müsavat, ACP, KXCP, ADP-nin apardığı danışıqlar haqqında suala verdiyi cavab həmin partiyaların mövcud olduqları dövrdə hər zaman ölkə maraqları mövqeyindən deyil, partiya maraqlarından çıxış etmələrinin, öz aralarında çəkişmələrinin növbəti təsdiqidir: “Bu müxalifət partiyalarının liderləri idarə olunur. Onları müxalifət hesab etmirəm və düşünürəm ki, heç bir gücə malik olmayan, neçə illərdir camaatın başını aldadan bu qüvvələr müxalifət kimi keyfiyyətsizdirlər. Bir müxalifət kimi ən azı abır-həya etməlidirlər. Bu da bizim müxalifət liderlərində yoxdur. 15-20 ildir heç bir nəticə olmadan fəaliyyət göstərirlər, istefa vermək istəmirlər. Müəyyən bir dövrdə qarşıya qoyulan məqsədə nail olunmursa, nəticə əldə edilmirsə, istefa verilməlidir. Bu, elementar siyasi mədəniyyətdir. Müxalifət nə birlik yaradır-yaratsın, bu birliyə qadir deyillər. Onlar öz mənafelərini güdə-güdə iflasa uğrayıblar. Bayaq qeyd etdiyim kimi, müxalifətin birliyindən heç bir şey gözləmirəm. 15-20 ildir bu birliklər nəyə görə pozulur, kimin hesabına pozulur, bunu Azərbaycan cəmiyyəti, siyasətlə məşğul olanların hamısı yaxşı bilir. Bunlar hamısı qeyri-səmimi adamlardır, qeyri-səmimi də hərəkət edirlər”. Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan isə mətbuata verdiyi açıqlamada Müsavat başqanının hakimiyyət uğrunda deyil, müxalifətdə hakimiyyətdə olmaq uğrunda mübarizə apardığını deyib və İ. Qəmbəri ən böyük psevdomüxalifət adlandırıb.
Bu misalları istənilən qədər uzada bilərdik. Sizə təqdim etdiyimiz faktlar təqdim edə biləcəklərimizin çox cüzi bir hissəsini təşkil edir. Bəzən iqtidar yönümlü qəzetlərdə müxalifət partiyaları haqqında gedən yazıları “qərəzli”, “birtərəfli” yazılan yazılar adlandırırlar. Müxalifət nümayəndələrinin özlərinin dilindən siyasi cəhətdən mənsub olduqları düşərgədə təmsil olunan digər partiyaların fəaliyyətinə qarşı tənqidi fikirləri dərc etməkdə məqsədimiz gənclərimizi bu haqda az da olsa məlumatlandırmaqdır. Çünki hansısa bir siyasi ideyanın daşıyıcısı olan partiyanın sıralarına qoşulmazdan əvvəl həmin partiyanın tarixini, onun daxilindəki meyilləri və öz ideyasına nə dərəcədə bağlı olduğunu öyrənmək lazımdır. Gənclərin müxalifət sıralarına qoşulmadan əvvəl üzv olduqları müxalifət partiyalarının, onların rəhbərlərinin fəaliyyətini dərindən öyrənməsi zəruridir.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info