BSU ağacəkmə kampaniyası keçirib
Tarix: 28.11.2016 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin (BSU) tələbə və müəllim heyətinin təşəbbüsü ilə Bakının Müşfiqabada qəsəbəsi ərazisində ağacəkmə kampaniyası həyata keçirilib. Bu haqda redaksiyamıza universitetin Mətbuat xidmətindən məlumat veriblər. Qeyd edək ki, universitetin rektoru, professor Nurlana Əliyeva Bakı şəhəri və şəhərətrafı ərazilərin yaşıllaşdırılması tədbirlərində tələbə gənclərin iştirak etmək arzusunu nəzərə alaraq, bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Müraciət adıçəkilən nazirlik tərəfindən müsbət qarşılanmış və bununla əlaqədar nazirliyin nəzdində fəaliyyət göstərən Yaşıllaşdırma və Landşaft Qurluşu ASC-nin aparat rəhbəri Ədilağa Məlikova xüsusi tapşırıq verilib.
Beləliklə, adıçəkilən tədbirdə uiversitetin 150 tələbəsi və 20-ə yaxın müəllimi iştirak edib. Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, universitetin həmkarlar təşkilatının sədr müavini Fikrət Həsənov da iştirakçılar arasında olub. Tələbələr qısa müddət ərzində təyin edilmiş ərazidə 150 ədəd küknar əkib. Elə oradaca qərara alınıb ki, həmin ağaclara gələcəkdə də BSU kollektivi qulluq etsin.
Tələbələrin müəyyən edilmiş əraziyə gedib-gəlməsini Xaliq Faiqoğlu şirkəti təmənnasız təmin edib. Kompaniyanın sonunda tələbələr və müəllim kollektivi əkdikləri ağacların fonunda xatirə şəkili çəkdiriblər. İnanırıq ki, BSU-nun bu aksiyası digər universitetlər tərəfindən də dəstəklənəcək və şəhərətrafı ərazilərin yaşıllaşdırılmasına öz töfhələrini verəcəklər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info