İki marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib
Tarix: 28.11.2016 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili  marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.
 
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyə əsasən 2 nömrəli marşrutun hərəkəti 30 noyabr tarixindən dəyişdirilərək Ziya Bünyadov prospekti 36, Daxili İşlər Nazirliyinin Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazi təyin edilib.
 
Dəyişiklikdən əvvəl isə 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi “Azadlıq” və “Ziya Bünyadov” prospektlərinin kəsişdiyi ərazi müəyyən edilmişdi. Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb olub. Bununla yanaşı məlum dəyişikliyin digər bir səbəbi isə sərnişin axının vəziyyəti ilə bağlıdır. Belə ki, aparılan təhlillər nəticəsində son dayanacaq olaraq müəyyən edilən yeni ərazidə sərnişin axını daha çoxdur.
 
7 nömrəli marşrutun hərəkət trayektoriyası da 30 noyabr tarixindən dəyişdirilərək 9-cu mikrorayon Həmzə Babaşov - İlqar Cümşüdov küçəsi - Cavadxan küçəsi ilə, Abbas   Mirzə Şərifzad küçəsi istiqamətində Nazim Hikmət küçəsi - Əbdürrəhimbəy  Haqverdiyevə küçəsi, əks istiqamətdə  Hüseyn Cavid prospekti - Həsən Məcidov küçəsi – Əhməd Cəmil – Əbdürrəhimbəy Haqverdiyev küçəsi olmaqla müəyyən edilib.
 
Bu dəyişikliyin edilməsinin əsas səbəbi isə bəzi küçə və prospektlərdə hazırkı hərəkət trayektoriyası ilə yol hərəkəti qaydaları arasında uyğunsuzluğun olmasıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info