Putin bir sıra yüksək vəzifəli məmurları işdən çıxarıb
Tarix: 28.11.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin Federal Təhqiqatlar Bürosunun, dövlət başçısının İşlər İdarəsinin, Müdafiə və Daxili İşlər nazirliklərinin bir neçə yüksək vəzifəli məmurunu vəzifədən azad edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov bu qərarın dövlət başçısının tövsiyəsinə zidd olaraq həmin məmurların Rusiya Elmlər Akademiyasının müxbır üzvü və akademiki seçilmələri ilə bağlı olduğunu bildirib.
Beləliklə, Federal Təhqiqatlar Bürosunun qeydiyyat və arxiv fondları idarəsinin rəisi, general-leytenant Vasili Xristoforov vəzifəsindən azad olunub. Prezidentin işlər müdirinin müavini Konstantin Kotenko, Müdafiə Nazirliyinin Baş hərbi-tibb idarəsinin rəisi Aleksandr Fisun, daxili işlər nazirinin müavini, Daxili İşlər Nazirliyinin istintaq departamentinin rəisi Aleksandr Savenkov öz ərizələrinə əsasən vəzifədən azad ediliblər.
Agentliyin yaydığı xəbərdə bu il hakimiyyət orqanlarının 14 nümayəndəsinin Rusiya Elmlər Akademiyasının üzvü seçildiyi bildirilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
04.12.2020
Yeni müharibə başlaya bilər: Ermənilər ölkəni tərk edir
03.12.2020
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
03.12.2020
Erməni KİV: Paşinyanın əvəzinə 97 donuz ala bilərik
03.12.2020
Paşinyanın yerinə Vazgen gəlir...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
2 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
3 Зия Буниятов: “На Кавказе апостольской была Албанская, а не Армянская церковь“
4 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
5 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info