“Məqsədimiz İKT sektorunda regionda qabaqcıl yer tutmaqdır”-YENİLƏNİB
Tarix: 28.11.2016 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanseri qəbul edib.
 
APA-nın məlumatına görə, CISCO şirkətinin prezidenti Con Çembers ilə Bakıda və Davosda keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlət başçısı bu şirkətin ölkəmizdə fəal işləməsinin önəmini vurğulayıb və Azərbaycanda həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirib.
 
Dövlət başçısı ölkəmizin inkişaf etdiyini, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, CISCO şirkəti ilə reallaşdırılan uzunmüddətli əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sektorunun ölkə iqtisadiyyatının həmişə prioritet sahələrindən biri olduğunu diqqətə çatdıraraq, bu sahədə yaxşı nəticələr əldə edildiyini deyib və bildirib ki, məqsədimiz bu sektorda regionda qabaqcıl yer tutmaqdır.
 
CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser isə XXII Bakutel sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini bildirərək, təmsil etdiyi şirkətin Azərbaycan nümayəndəliyinin fəaliyyət göstərdiyini məmnunluqla qeyd edib. M. Qanser tərəfdaşlıq əlaqələrinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Bakıda keçirilmiş birinci Avropa Oyunları və “Formula-1” yarışları, eləcə də ölkəmizin müvafiq qurumları ilə bəzi nüfuzlu layihələrdə uğurla iştirak etdiklərini, o cümlədən Qafqaz regionunda ilk Tier-III səviyyəli data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin CISCO şirkətinə də həvalə olunmasını məmnunluqla qeyd edib.
 
CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser iqtisadiyyatların, sənaye sahələrinin rəqəmsal sistemə keçdiyini vurğulayaraq, bu baxımdan ölkəmizin həmin sahədə əldə etdiyi nəticələrin onda dərin təəssürat yaratdığını deyib.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
11.12.2019
AFB Bank-dan FHN əməkdaşları üçün xüsusi kampaniya
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
10.12.2019
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10.12.2019
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info