“Gənclərin dövlətin ictimai-siyasi və mədəni həyatında rolu”
Tarix: 28.11.2016 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Gənclərin dövlətin ictimai-siyasi və mədəni həyatında rolu” mövzusunda növbəti dəyirmi masa keçirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindənbəhs edib. Qeyd olunub ki, Azərbaycan gəncliyinin aparıcı, avanqard qüvvə kimi formalaşdırılmasıdövlət strategiyasının əsas prioritet istiqamətlərindəndir. Rektor universitetdə təhsil alan gənclərin elm, təhsil, mədəniyyət, idman sahəsində bir sıra əhəmiyyətli uğurlar qazanmasından, onların fiziki və mənəvi tərbiyəsi, asudə vaxtlarının səmərəli keçmələri, intelluktal inkişafı üçün görülən işlərdəndanışıb. Dəyirmi masada Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə elmlər doktoru Qərib Allahverdiyev, YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev, universitetin Tələbə İnformasiya Mərkəzinin əməkdaşı Uğur Məmmədov, Mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan müasir Azərbaycan gəncliyinin müstəqil dövlət quruculuğunda, cəmiyyətdəki ictimai proseslərdə, milli-mənəvi dəyərlərimizin yaşadılmasında və təbliğində müstəsna rolundan danışıblar. Muxtar respublikada dövlət idarəetmə strukturlarında, ictimai işlərdəpotensial qüvvə kimi gənclərin hər zaman irəli çəkilməsi onlara göstərilən yüksək etimad kimi dəyərləndirilib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasına xidmət edən gənclər siyasətinin əsasını xalqımızın çoxəsrlik milli mənəvi dəyərləri əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsitəşkil edir. Çıxış edənlər gəncləri Vətəni sevməyə, öz tarixi keçmişinə və əxlaqi dəyərlərinə, dövlətçilik ideyalarına sədaqət göstərməyə, zəngin bilik və dünyagörüşünə malik olmağa, siyasi səbatlılığa, milli təfəkkürə sahiblənməyə, zərəli ideologiya və vərdişlərdən yayınmağa səsləyiblər. Dəyirmi masa diskussiya şəklində davam edib, tələbələrin sualları cavablandırılıb, təklifləri səsləndirilib.
Mehriban Sultan NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Ata şəhid oğlunu qurbanla qarşıladı
26.11.2020
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
26.11.2020
Azərbaycanda komendant saatının ləğv ediləcəyi vaxt açıqlandı
26.11.2020
Ermənilər indi də Laçına od vurur...
25.11.2020
İşəgötürənin vəzifələri və məsuliyyəti artırılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info