Muxtar respublikada muflon və dağ keçilərinin sayı artıb 
Tarix: 28.11.2016 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən Darıdağ və Nehrəm dağı ərazisində növbəti reyd keçirilib.
AZƏRTAC xəbər verir ki, reyd zamanı əvvəllər az-az hallarda rast gəlinən muflon və dağ keçilərinin sayının artaraq yüzlərlə olduğu müəyyənləşib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövqi Əliyev deyib ki, bu ərazilərdə muflon və bezoar dağ keçilərinin saylarında artımın olması həm də onların dövlət tərəfindən ciddi şəkildə qorunması ilə əlaqədardır.
Qeyd edək ki, 2001-ci ildən hər növ ovçuluğa qadağanın qoyulması, biomüxtəlifliyin qorunması muxtar respublikada əlverişli ekoloji mühit formalaşdırıb. Muxtar respublika ərazisində qonur ayı, bəbir, cüyür, qaban kimi nadir və nəsli kəsilməkdə olan heyvanlar yaşayır. Bütün bunlar xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə tədbirlərinin gücləndirilməsi, əhali arasında intensiv ekoloji maarifləndirmə işlərinin aparılması və heyvanat aləminin çoxalması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.12.2019
Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı
15.12.2019
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib
14.12.2019
Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı
14.12.2019
Masallıda payız ağacəkmə kampaniyası keçirilib
14.12.2019
Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info