Beynəlxalq tədbirdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən danışılıb
Tarix: 28.11.2016 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Monako şahzadəsi əlahəzrət II Albertin ali patronajlığı altında noyabrın 23-dən 25-nə qədər keçirilən doqquzuncu Beynəlxalq Sülh və İdman Forumunda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Azərbaycandakı qaçqın və məcburi köçkünlərinin çətin durumu və ölkənin bu icmalarla iş təcrübəsi diqqət mərkəzində olub. Qeyd edək ki, sözügedən tədbir bu ilin noyabrın əvvəlində TEAS və Monakoda yerləşən “Sülh və İdman” Təşkilatı arasında “Sülhə doğru bir addım” xeyriyyə kampaniyasının dəstəklənməsi haqqında tərəfdaşlıq müqaviləsi imzalandıqdan sonra baş tutub.
 
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, builki  forum Avropa qitəsini bürümüş qlobal qaçqın və miqrant böhranı kontekstində keçirilib. 2015-ci ildə dünyada 64 milyondan artıq qaçqın, məcburi köçkün və sığınacaq axtaran insan qeydə alınıb.
 
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter forum çərçivəsində keçirilən “Yeniliklər: idman bir inteqrasiya katalizatoru kimi” adlı sessiyada çıxış edib. Əsasən Beynəlxalq Olimpiya Komitəsi (BOK), Avropa Komissiyası, QHT nümayəndələrindən və idmançılardan ibarət bu sessiyada idmanın qaçqın, miqrant və məcburi köçkünlərin rifahına təsiri məsələsi nəzərdən keçirilib. Lionel Zetter Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə və nailiyyətləri ilə bölüşüb. O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda təxminən doqquz nəfərdən biri qaçqın və ya məcburi köçkündür və bu, dünyada adambaşına düşən ən yüksək göstəricidir. L. Zetter Azərbaycan hökumətinin 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra qaçqın və məcburi köçkün əhalisi üçün gördüyü işlər barədə məlumat verib. O, qaçqın və məcburi köçkün gənclər üçün nəzərdə tutulan idman layihələrinin həyata keçirilməsində TEAS-ın rolu haqqında da danışıb.
 
Forum zamanı iştirakçılara “Sülhə doğru bir addım” xeyriyyə kampaniyasının bir hissəsi olaraq pedometr (addımları sayan cihaz) taxmaq təklif olunub. Üç günün sonunda addımların ümumi sayı hesablanaraq TEAS tərəfindən “Sülh və İdman” Təşkilatının yerlərdə həyata keçirilən proqramlarına 20 000 avro məbləğində ianə ayrılıb.
 
Avropa Azərbaycan Cəmiyyətinin “Sülh və İdman” Təşkilatı ilə tərəfdaşlığı haqqında danışarkən L. Zetter deyib: “TEAS üçün “Sülh və İdman” Təşkilatı ilə əməkdaşlıq etmək böyük şərəfdir. Biz idmanın imkanlarından istifadə etməklə, insan həyatını yaxşılaşdırmaq və sülhü təbliğ etmək üçün eyni dəyərləri bölüşürük. Bu, xüsusilə, Azərbaycan üçün vacibdir. Ona görə ki, bizim bir milyon yaxın qaçqın və məcburi köçkünümüz var. Biz məmnuniyyətlə “Sülhə doğru bir addım” təşəbbüsünün maliyyələşdirilməsinə qərar vermişik. Bu, ona görədir ki, biz sülhün mərhələli proses olduğunu anlayırıq və ona yalnız bir dəfəyə bir addım atmaqla nail olmaq olar”.
 
Doqquzuncu Beynəlxalq Sülh və İdman Forumu idman və sülh dünyasının 500-ə yaxın nümayəndəsini (hökumətlər, QHT-lər, sponsorlar, xeyriyyə assosiasiyaları və idmançılar) bir araya gətirib və əsas diqqət “Sülh üçün oyun: idman vasitəsi ilə qlobal dəyişikliyin səfərbər edilməsi” mövzusuna yetirilib. Çıxışçılar arasında üç tunisli Nobel mükafatçısı - Abdessətar Ben Moussa, Məhəmməd Fadhel Mahfoudh və Ouided Bouçamaoui, beşqat Olimpiya çempionu və Olimpiya gümüş medalçısı Şarmen Kruks (yüngül atletika, Kanada), BOK üzvü, ikiqat Olimpiya çempionu və Macarıstanın sabiq prezidenti Pol Şmitt (qılıncoynatma) və üçqat Olimpiya çempionu Aya Medani (müasir beşnövçülük, Misir) olub.
 
“Sülh və İdman” Təşkilatı Monako Knyazlığında yerləşən neytral və müstəqil təşkilatdır. Təşkilat idmanı sülh naminə bir alət kimi təbliğ etmək üçün çalışır. 2007-ci ildə hazırkı prezident Joel Bozo tərəfindən təsis edilmiş “Sülh və İdman” Təşkilatı Monako Şahzadəsi Əlahəzrət II Albertin ali patronajlığı altında fəaliyyət göstərən qlobal təşəbbüsdür. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
İcma sədri Ankarada xarici ölkələrin səfirlərinə Ermənistanın təcavüzü haqda danışıb
20.11.2019
Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə şok faktlar
19.11.2019
Sədr dəyişikliyi “milli şura”nın nüfuzunu qaldırmayacaq
19.11.2019
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb
19.11.2019
Deputatlar bu gün nəyi müzakirə edəcək?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info