«Bakcell» şirkəti jurnalistlər üçün seminar təşkil edib
Tarix: 28.11.2016 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi «Bakcell» şirkəti 25-27 noyabr tarixlərində Qəbələdə jurnalistlər üçün növbəti seminar təşkil edib. Jurnalistləri Qəbələdə yerləşən “Qafqaz Resort Hotel” kompleksinə toplayan şirkətdə çalışan bir neçə mütəxəssis İKT, “Bakcell”in fəaliyyəti və ümumilikdə bir sıra dünyada baş verən texnoloji yeniliklərlə də bağlı maraqlı məlumatları bölüşüb. Elə seminarın da əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları, həmçinin ümumilikdə mobil telekommunikasiya haqqında jurnalistlərin məlumatlılığının artırılması idi.
Öncə çıxış edən «Bakcell» şirkətinin Məhsulun inkişafı üzrə meneceri Şamil Həsənov seminar iştirakçılarına korporativ seqmenti əhatə edən «Bakcell Biznes» barədə ətraflı məlumat verib. Sonra şirkətin Mobil internet üzrə yarımbölmə rəhbəri Hassan Şahid “Cəlbedici mobil həllər və təkliflər” mövzusunda mühazirə ilə çıxış edib. O, bir sıra maraqlı statistik rəqəmləri də media nümayəndələrinin diqqətinə çatdıraraq dünyada mobil internetlə bağlı gedən dəyişiklikləri izah edib.
Daha sonra şirkətin Müştəri Xidmətləri Departamentinin əməkdaşı Emin Əsgərsoy “Təmas nöqtələrində müştəri davranışı” mövzusu üzrə seminar iştirakçıları qarşısında təqdimat keçirib.
Seminarın ikinci günündə tədbir iştirakçıları üçün daha bir neçə mövzuda təqdimatlar təşkil olunub. Belə ki, “Bizimlə səyahət edərkən fərqi hiss edin” mövzusunda «Bakcell» şirkətinin Klass və Rouminq bölməsinin rəhbəri Anar Qurbanov media nümayəndələrinə ətraflı məlumatlar verərək media nümayəndələrinin suallarını cavablandırıb. Daha sonra “Mobil telekommunikasiyada qlobal trendlər — İT və Texnologiya” mövzusu ilə  şirkətin İKT layihələrinin idarə edilməsinin biznes analizi üzrə baş mütəxəssisi Orxan Bədəlov çıxış edib. O. Bədəlov həmçinin “Mobil internet penetrasiyası. “Bakcell”in mobil interneti. Ən yaxşı 4G təcrübə — İT və Texnologiya” mövzusunda da mühazirə oxuyub.
Qeyd edək ki, «Bakcell» şirkətinin jurnalistlər üçün keçirdiyi bu seminar artıq üçüncü ildir təşkil edilir.


Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
05.12.2019
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə görüləcək işlər müzakirə olunub
05.12.2019
Əlilliyi olan şəxslərə əlil arabaları verilib
05.12.2019
Əmlak sığortasının faydaları...
05.12.2019
Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info