Kənd turizmi bələdçiliyinə gənclər cəlb olunur
Tarix: 28.11.2016 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsinin tədbiri 26 noyabr 2016-cı il tarixində Qusar rayonunda həyata keçirildi. Təlimdə şagird – müəllim kollektivi, tələbələr, ictimai fəal gənclər, QHT və KİV nümayəndələri iştirak etdilər. Təlimdə Gənclər Mərkəzi İ.B-nin direktoru Kənan Qubadzadə çıxış edərək iştirakçıları layihə barədə məlumatlandırdı. Layihənin məqsəd və vəzifələri haqqında ətraflı informasiyalar çatdırdı. Hələ 2011-cü ilin prezident cənab İlham Əliyev tərəfindən “Turizm ili” elan olunması və bu çərçivədə görülən işlər, bu işlərin icrası prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı və digər məsələlərlə bağlı fikirlərini bölüşdü. O, bildirdi ki, qeyri-neft sektorunun inkişafı prosesində turiznin inkişaf etdirilməsi ən vacib prioritetlərdəndir. Çıxış edən ekspertlər kənd turizminin iştirak etdirilməsi, xüsusilə bu prosesdə gənclərin iştirakının təmin olunmasını hər zaman aktual olduğunu və daim diqqətdə saxlandığını söylədilər. Hər bir işin başında maarifləndirmə və təbliğatın durduğunu qeyd edən ekspert A.Sarıyev gənclərin bu sahədə rolunun əvəzolunmaz olduğunu bildirdi. Qusarın potensial turizm regionu və bir çox dövlət əhəmiyyətli gənclərlə bağlı tədbirlərin burada keçirildiyini qeyd edən ekspert layihənin reallaşdırılması üçün Qusar rayonunun seçilməsinin bu nöqteyi-nəzərdən təsadüfi olmadığını diqqətə çatdırdı. Daha sonra müzakirələr təşkil olundu. İştirakçılrın sualları cavablandırıldı. Qusar gənclərə kənd turizminin təbliği üçün buklet və broşurların paylandı, üzərində Gənclər Fondunun və Gənclər Mərkəzinin loqoları olan cib təqvimləri paylandı. Təlim iştirakçılarına sertifikatlar təqdim olundu.
Fuad




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası
03.12.2020
Zəngilanda növbəti dəfə 400 tut ağacı əkildi
03.12.2020
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
03.12.2020
Ermənilərin torpaqlarımızda törətdiyi yanğınlar heyvanların sayının kəskin azalmasına səbəb olub
03.12.2020
Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur - Baş infeksionist

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12128

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
3 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
4 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
5 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info