BANM-də “BP yay təcrübəsi-2017” təqdim olunub
Tarix: 28.11.2016 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) “BP yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilib. Tədbirdə BP-in işə qəbul üzrə məsləhətçisi Mehriban Şıxzamanova, işə qəbul üzrə koordinatoru Səbinə Vəliyeva və qazma mühəndisi Fərid Hüseynov bu qurumun yay təcrübəsi proqramını elan ediblər.
Tələbələrə təcrübə proqramı barədə məlumat verən S.Vəliyeva müraciət qaydaları, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. S.Vəliyeva bildirib ki, artıq üç ildir ki, BP şirkəti BANM-in tələbələri üçün belə imkanlar yaradır.
Sonra proqramın iştirakçıları olan BANM-in tələbələri Elşən Mikayılov, Əhməd Kələntərli və Ümid Tərlanlı BP-də olduqları müddətdə qazandıqları təcrübədən danışaraq təqdimatla çıxış ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, istehsalat təcrübəsi zamanı tələbələr komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə şirkətin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirirlər. Tələbələrin əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə dair heyət daxilində bütün tədbirlərdə iştirakı gözlənilir.
Beləliklə, BP şirkətində istehsalat təcrübəsi keçən tələbələr tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar, BP-in mühəndislik standartları, üsulları, istehsalat zamanı təhlükəsizlik və etika qaydaları ilə yaxından tanış olacaq və zəngin iş təcrübəsi əldə edəcəklər.
Nigar






 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info