“İkinci Bilik Sərgisi” təşkil olunub
Tarix: 28.11.2016 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Bakı İstedadlar Təhsil Kompleksində Araşdırma və İnkişaf mərkəzinin təşkilatçılığı ilə Qlobal İstiləşmə İqlim dəyisikliklərinə həsr olunan “ İkinci Bilik Sərgisi” təşkil olunub. Kompleksin 7-10-cu sinif şagirdlərinin iştirakı ilə 35-dən çox müxtəlif mövzuda hazırlanan layihələrə , AMEA Botanika İnstitu Bakı Ali Neft məktəbi və Qafqaz Universiteti də öz stendləri ilə qoşulublar. Bu sərgidə şagirdlərin dərsdə təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə ediblər.
Açılış mərasiminə iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, ABTM-nin idarə heyətinin sədri Xalik Məmmədov şagirdləri və müəllimləri təbrik edib, Beynəlxalq məktəb kimi belə tədbirlərin keçirilməsinin önəm və əhəmiyyətindən danışıb. Qeyd edib ki, keçirilən bu sərgi şagirdlərə beynəlxalq sərgilərdə ölkəmizi təmsil etmək üçün stimul olacaq.
Sonra isə bütün qonaqlar şagirdlərin hazırladıqları layihələrlə tanış oldular.Qafqaz Universitetinin İKT mərkəzinin kimya mühəndisliyi ixtisasının və “Pi” klubunun stendləri xüsusi marağa səbəb olub. Tələbələrin nümayiş etdirdiyi kimyəvi reaksiyalar qonaqları təəccübləndirib. İKT mərkəzinin proqramlaşdırdığı robotlar məktəblilərin diqqətini cəlb edib.
Qafqaz Universitetinin Abituriyentlərlə iş şöbəsinin müdiri Adil Vəliyev belə sərgilərin keçirilməsinin şagirdlərdə elmə marağın artırılmasına səbəb olduğunu bildirib. Universitetlərin isə sərgidə təmsil olunması şagirdlərdə universitet haqqında təəsurat oyadır. ki, bu da onların düzgün ixtisas seçimlərində xüsusi rol oynayır.
Sərginin sonunda Bakı İstedadlar Təhsil Kompleksinin şagirdlərinin ifasında konsert proqramı təşkil olunub. Münsiflər heyəti tərəfindən seçilən şagirdlər sertifikat,medal və hədiyyələrlə mükafatlandırıldılar.
Onu da qeyd edək ki, bilik sərgisində Ekologiya kateqoriyasında seçilən qalib şagirdlər BİTK-i dünyanın müxtəlif ölkələrində təşkil olunan Beynəlxalq Layihə Olimpiadalarında təmsil edəcəklər.





 
Bölməyə aid digər xəbərlər
19.11.2019
“Facebook“ və “İnstagram“ın işində nasazlıqlar yaranıb
18.11.2019
Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18.11.2019
Türkiyə bu il fındıqdan 1,5 milyard dollar qazanıb
18.11.2019
“Mühacir alveri“ məsələsi böyüyür - AXCP də növbədə...
18.11.2019
Müxalifətin “miqrant alveri“ni gücləndirmək və bundan gəlir götürmək üçün daha bir vasitəsi qanunsuz aksiyalardır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info