“Danışan kitabxana” yaradılır
Tarix: 28.11.2016 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Məlumat Hesablama Mərkəzi tərəfindən “Danışan kitabxana” yaradılır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq 100-dən artıq kitab peşəkar səviyyədə səsləndirilərək, kitabxana fonduna daxil edilib. Xüsusi telefon xidməti vasitəsiilə (1541) kitabxana 24 saat ərzində avtomatik rejimdə fəaliyyət göstərəcək. Bu cür xüsusi koteqoriyalı oxucular üçün hər gün adi kitabxanalara getmək çətindir. Lakin hər hansı bir audio kitabı, görmə qabiliyyəti məhdud olan oxucu dinləyə bilər.
Elə bu məqsədlə, fiziki imkanları məhdud olan insanları müxtəlif janr və üslublarda audio kitablarla təmin etmək üçün kitabxanada müxtəlif audio-kitablar toplanıb. Audiokitabxana klassik və müasir Azərbaycan yazıçılarının əsərlərini azərbaycan dilində və dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərini özündə ehtiva edir.
Təqdim olunan audio-kitabxananın unikallığı ondan ibarətdir ki, görmə qabiliyyəti məhdud olan insanlar üçün azərbaycan dilində "danışan" kitab fondu formalaşacaq. İstifadəçilər giriş kodu əldə edərək, evdən çıxmadan, müvafiq telefon nömrəsini yığmaqla, yeni sistemə qoşula biləcək. Sistemə qoşulmaq, janrı, yazıçını, əsərləri seçmək və qulaq asmaq üçün giriş kodunu qeyd etmək vacibdir. İstənilən vaxt dinləməni dayandırmaq və bir müddət sonra dayandırılmış yerdən dinləməyə davam etmək mümkündür. Gələcəkdə digər dillərdə də yeni kitabların bu kitabxanaya əlavə olunması nəzərdə tutulur.
Qeyd edək ki, “Bakutel-2016” informasiya-kommuniksiya texnologiyaları sərgi-konfransı çərçivəsində kitabxananın ilkin təqdimatı gözlənilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
İnsanın qocalması bir neçə mərhələdə baş verir
10.12.2019
İnsanın yaddaşı dola bilərmi?
09.12.2019
İsveçdə plastikin təkrar istifadəsi texnologiyası hazırlanıb
08.12.2019
Kişilərin azlıq təşkil etdiyi ölkələr
08.12.2019
Dünya suyun altında qala bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info