Ağdaşda “Sağlam gənclik, sağlam gələcək” mövzusunda “dəyirmi masa” keçirilib
Tarix: 28.11.2016 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Ağdaş rayonu Heydər Əliyev Mərkəzində “Sağlam gənclik, sağlam gələcək” mövzusunda “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, gənclərin iştirakı ilə keçən tədbir narkomaniyaya və pis vərdişlərə qarşı mübarizə məsələlərinə həsr edilib.
“Gənc İstedadların Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyinin və Ağdaş rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər mövzunun aktuallığını vurğulayıb, gənclərin hərtərəfli inkişafında sağlam həyat tərzinin rolundan danışıblar. Natiqlər ölkəmizdə gənclərə, onların təhsilinə xüsusi diqqət göstərildiyini bildiriblər.
Tədbirdə gənclərin pis vərdişlərdən yayındırılması və erkən nikahların qarşısının alması istiqamətində ciddi iş aparılmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün Azərbaycan dövləti gənclərin inkişafı üçün böyük imkanlar yaradır və bu imkanlar qeyr-maddi dəyərləri formalaşdırır. Sözsüz ki, cəmiyyəti inkişaf etdirən başlıca amilllərdən biri də dəyərlərdir və Azərbaycanda bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info