Naxçıvan Dövlət Xalça Muzeyinə ekskursiya
Tarix: 28.11.2016 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqə- lərin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin müxtəlif muzeylərə kütləvi ekskursiyaları davam edir. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov başda olmaqla universitet rəhbərliyi növbəti ekskursiyası Naxçıvan Dövlət Xalça Muzeyi olub. Muzeyin bələdçisi Simuzər Babayeva universitet əməkdaşlarına bildirib ki, etnomədəniyyətin, milli mənəvi dəyərlərimizin təbliğinə xidmət edən bu muzey 1998-ci ilin aprelindən fəaliyyət göstərir. Xan sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb. 1999-cu ildə ümummilli lider Heydər Əliyev bu mədəniyyət ocağını ziyarət edərək öz tövsiyələrini verməsi, mütəmadi dövlət qayğısı muzeyin fəaliyyətində əsaslı dönüş yaradıb. Hazırda Naxçıvan Dövlət Xalça Muzeyində 3000-də artıq eksponat vardır ki, onlardan 300-dən çoxu ekspozisiyada nümayiş etdirilir. 2013-cü ildə muzey yenidən qurulduqdan sonra ekspozisiyada yalnız Naxçıvan xalçaçılıq məktəbinə aid xalçalar nümayiş etdirilir. Muxtar respublikanın Şahbuz, Kolanı, Şərur, habelə Culfa, Ordubad kimi bölgələrində ən qədim xalq sənətimiz xaıçaçılıq bu gün də peşəkar şəkildə davam etdirilir. Xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri üçün muzeydə müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Muzeylə tanışlıq zamanı məlumat verilib ki, "Azər-İlmə" tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları - üç məfrəş, xurcun, duz torbası da muzeyə hədiyyə olunub. Muzeydə xalçaçılıqla bağlı mütəmadi sərgilər təşkil olunur, kitab təqdimatları, elmi konfranslar keçirilir. Muzeyinin daimi ekspozisiyasını bəzəyən 300-ə yaxın xovlu və xovsuz xalça, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab ziyarətçilərdə böyük maraq doğurub.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info