«Ermənistana yatırılan Rusiya investisiyası 3 dəfə azalıb»
Tarix: 02.04.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Ermənistan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara görə, 2012-ci ildə ölkə iqtisadiyyatına yatırılan investisiya 1,59 milyard dollar təşkil edib. Xidmət bildirir ki, bu məbləğ 2011-ci illə müqayisədə 8,6 faiz azdır.
«Nyus.am» yazır ki, ötən il yatırılan xarici investisiyaların 37,6 faizi və birbaşa investisiyaların 49,82 faizi telekommunikasiya sektorunun payına düşüb. Ölkənin ötən il üçün ən böyük investoru Fransa olub. Bu ölkənin 2012-ci ildə Ermənistana yatırdığı sərmayə 230 milyon dollar təşkil edib. Maraqlıdır ki, bu investisiyanın da 90 faizi telekommunikasiya sahəsinə yatırılıb. Rusiyanın ötən il Ermənistana yatırdığı sərmayə cəmi 123 milyon dollar təşkil edib. «Nyus.am» yazır ki, Rusiya investisiyası 2011-ci illə müqayisədə 3,2 dəfə azalıb. Rusiya sərmayəsinin də 3/1-i telekommunikasiya sektoruna yatırılıb. Rusiya investisiyasının 25 milyon dolları enerji, 7,2 milyonu əlvan metallurgiya, 25 milyonu dolları pərakəndə ticarət, 14,5 milyon dolları isə nəqliyyat sektoruna yönəldilib. Ermənistan Milli Statistika Xidmətinin məlumatında qeyd edilir ki, ölkə iqtisadiyyatına Argentinadan da sərmayə axını olub. Amma bu sərmayəni böyük göstərmək üçün dollarla deyil, dramla açıqlayıblar-51 milyon dram. Amma araşdırma nəticəsində məlum olub ki, Argentina sərmayəsi dedikdə, orada yaşayan iş adamı Eduar Ernekyan nəzərdə tutulur. Almaniya və İsveçrə müvafiq olaraq 48 və 43 milyon dolları dağ-mədən sənayesinə yatırıblar. Seyşel adalarından gələn 23 milyon dollarlıq sərmayə də telekommunikasiya sahəsinə yatırılıb. Göründüyü kimi, Ermənistana yatırılan sərmayələrin həcmi ildən-ilə azalır. Xarici sərmayədarlar üçün Ermənistan iqtisadiyyatı cəlbedici deyil. Ermənistan Milli Statistika Xidmətinin rəsmi məlumatından da belə aydın olur ki, əsas investisiyalar iqtisadiyyatın lokomotivi olan sənaye sahələrinə yatırılmır. Çünki sərmayədarlar Ermənistanın investisiya mühitini etibarlı hesab etmirlər. Digər tərəfdən əsas sənaye müəssisələri Rusiya şirkətlərinə satılaraq fəaliyyətlərini dayandırıblar. Həmin zavodlara sahib olan rus şirkətləri isə ora investisiya yatırmaq əvəzinə, qapısına qıfıl vurmaqla kifayətlənirlər. Statistika Xidmətinin məlumatları aydın şəkildə göstərir ki, xarici sərmayədarlar Ermənistan iqtisadiyyatının inkişaf etməsinin marağında deyillər. Ona görə də xarici şirkətlər daha çox tez qazanc əldə edə biləcəkləri sahələrə investisiya yatırırlar. Milli Statistika Xidmətinin məlumatından aydın olur ki, Ermənistanda belə sahə telekommunikasiya sektorudur. Ermənistanın əsas investor dövləti olan Fransanın yatırdığı 230 milyon dolların 90 faizinin, Rusiya sərmayəsinin əsas hissəsinin məhz telekommunikasiya sektoruna yatırılması da bunu təsdiqləyir. Elə Seyşel adalarının da telekommunikasiya sektoruna sərmayə yatırması bu gerçəyi ortaya qoyur. Telekommunikasiya sektoruna investisiya yatırılması Ermənistanda bu sahənin yüksək inkişafından və ya böyük perspektiv vəd etməsindən xəbər vermir. Çünki həmin sərmayələr heç də Ermənistanın İKT sektorunun ciddi şəkildə inkişafına, köklü baza yaradılmasına sərf olunmur. Bu sərmayələr daha çox yüngül texnologiya tətbiq etməklə mobil rabitə sahəsinə yönləndirilir.
ANAR




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info