16 ölkənin XİN rəhbərinin görüşü
Tarix: 29.11.2016 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Bu gün Varşavada Mərkəzi, Şərqi və Cənubi Avropanın 16 ölkəsinin xarici işlər nazirlərinin və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin görüşü keçiriləcək.
Bu barədə noyabrın 27-də Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Yoanna Vayda məlumat verib. “Vışeqrad qrupu”nun üzvü olan Çexiya, Macarıstan və Slovakiyanın, Avropa İttifaqına daxil olmağa çalışan altı dövlətin - Monteneqro, Serbiya, Makedoniya, Albaniya, Bosniya və Herseqovina və Kosovonun, habelə “Vışeqrad qrupu” ölkələrinin Aİ üzrə qonşularının - Bolqarıstan, Xorvatiya, Yunanıstan, Rumıniya, Sloveniya və İtaliyanın xarici işlər nazirləri Polşa paytaxtına gələcəklər. Polşa XİN-in məlumatına görə, danışıqlarda 16 nümayəndə heyətinə daxil olan təxminən 100 adam iştirak edəcək. Nazirlikdən onu da bildiriblər ki, görüşdə Avropa diplomatiyasının rəhbəri Federika Moqerininin iştirakı üzv dövlətlər üçün mühüm xəbərdarlıqdır. Avropa diplomatlarının iclasında qanunsuz miqrasiya, mütəşəkkil cinayətkarlıq, terrorizm və hibrid təhlükələr müzakirə ediləcək.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info