“Üç ştatda ciddi pozuntulara yol verilib”
Tarix: 29.11.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


ABŞ-da prezident seçkiləri zamanı üç ştatda ciddi pozuntulara yol verilib. Bu barədə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp özünün “Tvitter”ində yazıb. “Virciniya, Nyu-Hempşir və Kaliforniyada ciddi pozuntulara yol verilib.
Bəs nəyə görə KİV-lər bu barədə yazmır? Bu kimi təhrif - böyük bir problemdir”, Tramp qeyd edib. Seçkilərin nəticələrinə görə, adıçəkilən ştatlarda Trampın rəqibi Hillari Klinton qalib gəlib. Bundan əvvəl Tramp milyonlarla seçicinin qeyri-qanuni olaraq Klintona səs verdiyini bəyan edib. Qeyd edək ki, Yaşıllar Partiyasının namizədi Cil Stayn Viskonsin ştatında seçici səslərinin yenidən sayılmasına dair seçki komissiyasına müraciət edib. Donald Tramp isə seçici səslərinin yenidən sayılması cəhdlərini dələduzluq adlandırıb. Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından namizəd milyarder Donald Tramp qalib gəlib. ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 306, Hillari Klinton isə 232 səsini toplayıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info