Ankara-Dəməşq savaşının qarşısını Putin alıb
Tarix: 29.11.2016 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Rusiyaya Həmədan aerodromunu təklif edən İran Yəmən və Suriya sahillərində hərbi baza yaratmaq istəyir

Suriya ərazisində terrorçulara qarşı hərbi əməliyyatlarını davam etdirən Türkiyənin hərbçilərinə qarşı hava hücumları böyük toqquşma ehtimalını artırmışdı. Belə ki, Türkiyənin Baş Qərargahı açıqlamasında türk əsgərlərinin Bəşər Əsədə bağlı aviasiya tərəfindən bombalandığını açıqlamışdı. Bundan sonra Türkiyənin baş naziri bunun intiqamının alınacağını açıqladı. Artıq Türkiyə ilə Suriya arasında iri hərbi toqquşma riski kifayət qədər böyümüşdü. Amma Rusiya mətbuatı yazır ki, Putinin müdaxiləsi nəticəsində iri toqquşmanın qarşısı alınıb. Türkiyə və Rusiya dövlət başçıları arasında iki dəfə olan telefon danışığından sonra Ankara mövqeyini dəyişib.
“Nezavisimaya qazeta” nəşri yazır ki, Putin telefon danışığı zamanı həmkarı Ərdoğanı inandıra bilib ki, Türkiyə ordusunun hazırda olduğu Əl-Babın hava məkanında nə Rusiya, nə də Suriya ordusunun təyyarəsi uçmayıb. Rusiya mətbuatı bunun ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin provokasiya xarakterli addımı kimi dəyərləndirir. Maraqlıdır ki, hadisə Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulduğu günün ildönümündə baş verib. Hərbi mənbələr nəşrə bildiriblər ki, Rusiyaya heç bir əvəzçıxma addımı lazım deyil, Dəməşq də vəziyyəti gərginləşdirməkdən qaçır. Kremlin Ərdoğanla Putin arasında olan iki telefon danışığı ilə bağlı yaydığı açıqlama tərəflərin müəyyən razılaşma əldə etdiyini təsdiqləyir. Kreml bildirir ki, Ərdoğan və Putin Suriya münaqişəsinin həlli istiqamətində konstruktiv dialoq apararaq iki ölkənin və xarici işlər və xüsusi xidmət orqanları arasında məlumat mübadiləsinin daha da genişləndirilməsi məsələsində razılıq əldə ediblər. Bu isə beynəlxalq terrorizmə qarşı mübarizədə koordinasiyalı fəaliyyətin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Putin türk hərbçilərinin Suriya ərazisində öldürülməsi ilə bağlı həmkarına başsağlığı da verib. Putin-Ərdoğan telefon danışığından saatlar sonra Suriyanın Haseke rayonuna aid Tel-Əmir bölgəsinə yaxın yerləşən və Pentaqon tərəfindən nəzarət edilən hərbi bazada güclü partlayışın baş verməsini cavab tədbiri kimi də dəyərləndrirlir. Məsələ ondadır ki, bu baza Türkiyə sərhədinə yaxın mövqedə yerləşir və orada ABŞ və Britaniyadan olan təlimatçılar Türkiyənin terrorçu təşkilat kimi qəbul etdiyi PYD qüvvələrinə hazırlıq keçirlər. Bəzi mənbələr bildirir ki, partlayış o qədər güclü olub ki, hətta amerikalı və britaniyalı təlimatçılar arasında da itki olub. Türkiyə mətbuatı yazır ki, bu partlayış Ankaranın ölən əsgərlərinə görə aldığı qisas olub. “Nezavisimaya qazeta” yazır ki, baş verən partlayışın Ərdoğan-Putin danışığından sonra baş verməsini düşünməyə əsas verir: “Bunun belə olduğunu demək çətindir. Amma bəlli olan odur ki, fikir ayrılığına baxmayaraq Ankara və Moskva Suriyada terrorçulara qarşı savaşda daha sıx əməkdaşlıq edəcəklər”. Nəşr yazır ki, Əsədin ordusu artıq Hələbi azad etməyə çox yaxındır. İraq və Livandan olan şiə qüvvələri də bu məsələdə Əsədə ciddi şəkildə dəstək verirlər. Məlum olur ki, İran bu prosesdə daha yaxından iştirakda maraqlıdır. “Tasnim” agentliyi yazır ki, İranın müdafiə naziri Dehkan bəyan edib ki, ölkəsi bundan sonra da Həmədandakı bazanı terrorçulara qarşı mübarizə üçün Rusiyanın istifadəsinə verməyə hazırdır. Nazir bu sözlərini Rusiyadan Su-30 təyyarələri almaq istədikləri kontekstində səsləndirib. İran Moskvadan təyyarənin birgə istehsalını və texnologiyanın da onlara verilməsini istəyir. Hələlik Rusiya tərəfindən bununla bağlı rəsmi mövqe yoxdur. Amma “İran.ru” yazır ki, Tehranın Rusiyaya da aid olan başqa geosiyasi maraqları da var. İran ordusunun baş qərargah rəisi general Bakerinin ölkəsinin hərbi dəniz gəmiləri üçün tezliklə Yəmən və Suriya sahillərində bazaya ehtiyacı olacağı ilə bağlı açıqlaması fərqli planlardan xəbər verir. Deməli, İran Yəmən və Suriya sahillərində hərbi baza yaratmaq istəyir. Rusiya da Suriya sahillərində hərbi iştirakını artırmağı Tartusdakı bazanı tam miqyaslı hərbi-dəniz bazasına çevirməyi planlaşdırır. Regionda ciddi geosiyasi dəyişikliklər baş verə bilər. Rusiyanın İranın belə bir hərbi baza yaratmasına razılıq verib-verməyəcəyi sual altındadır. Dəməşq özü də Rusiyanın razılığı olmadan Tehrana razılıq verə bilməz - demək olar ki, Moskvadan asılıdır. İranın belə bir baza yaratmasına İsrail də razılıq verməz. Deməli, münaqişə hələ çox davam edəcək. Ona görə də Suriya münaqişəsinə terrorçulara qarşı aparılan standart mübarizə kimi baxmaq doğru deyil. Orada olan terrorçular sadəcə sifariş aldıqları mərkəzlərin tapşırıqlarını yerinə yetirirlər. Əslində, Suriyada, ümumiyyətlə, geniş anlamda bölgədə öz geosiyasi maraqlarını təmin etməyə çalışan böyük dövlətlər savaşır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info