“NATO-nun ən çox qorxduğu ərazi Kalininqraddır”
Tarix: 29.11.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Alyans Rusiyanın bu əraziyə “C-400” və “İsgəndər-M” raketlərini yerləşdirməsindən narahatdır

“Rusiyanın NATO-nun lap “ürəyinin başında” yerləşən kiçik bir hissəsi, həqiqətən də, alyans üçün təhlükə mənbəyi olaraq qalır”.
Bu fikirlər “The National Interest” nəşrində çap edilən məqalədə yer alıb. Burada söhbət Sovet İttifaqı dağılandan sonra, Rusiyadan sərhəd baxımından təcrid olan Kalininqraddan gedir. “Baltikyanı ölkələr NATO-ya daxil olandan sonra, Kalininqrad Qərb alyansının qəlbində “düşmən ərazisi” olaraq tanınmağa başladı. Bu ərazinin hərbi baxımdan potensial təhlükə mənbəyi kimi görünməsi isə bu mövzuda danışıqlara xüsusi həssaslıq gətirdi”- deyə nəşrdəki məqalənin müəllifi bildirir. Qeyd edək ki, məqalə müəllifini qorxudan bu ərazilərə Rusiyanın “C-400” və “İsgəndər-M” raketlərinin yerləşdirəcəyi barədə səsləndirdiyi fikirlərdir. Bu mövzuda yazılan çoxsaylı məqalələrə istinad edən nəşr “C-400”-ü dünyanın ən dəhşətli öldürücü havadan müdafiə sistemlərindən biri kimi təqdim edir. Bundan əlavə, Rusiya silahlarının xüsusiyyətlərinə nəzər salmağa çalışan nəşr, Baltikyanı ölkələrin müdafiə sistemində NATO-nun qarşılaşa biləcəyi "narahatlıq və çətinliyi " də etiraf etmək məcburiyyətində qalır. Əlbəttə, söhbət Rusiyanın 40 kilometrdən 400 kilometrədək məsafəni qət etmək iqtidarında olan raketlərindən gedirsə, təbii ki, bu, başa düşüləndir. Rusiya istehsalı olan “İsgəndər” silah növünə toxunan nəşrdəki məqalə müəllifi bu silahın nələrə qadir olduğunu hələ də tapmaq mümkün olmadığını, ancaq “İsgəndər”ləri, hətta 400 kilometr məsafədə belə, nüvə döyüş başlığının daşıya biləcəyi barədə məlumatlar olduğunu bildirir. Nəşrin qənaətincə, NATO, hələ ki, Rusiyanın sabitliyi pozmaq üçün əli çatmayan ərazilərdə "siyasi addımlar" atmağa çalışmalıdır. Xatırladaq ki, bir müddət bundan əvvəl, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Moskvaya “C-400” və “İsgəndər-M” raketlərinin Kalininqrad ərazisində yerləşdirməməsi barədə çağırış etmişdi. O, belə bir addımın atılmasını Avropada təhlükəsizliyin pozulmasına xələl kimi dəyərləndirmişdi. Lakin Kirbi bu fikirləri bəyan edərkən, Rusiyanın öz ərazisində istənilən kompleksi yerləşdirmək hüququna malik olduğunu da etiraf etmək məcburiyyətində qalmışdı. Qeyd etmək yerinə düşər ki, Rusiya dəfələrlə bəyan edib ki, Kalininqrad ərazisində yerləşdiriləcək yeni raketlər ABŞ-ın Avropada yerləşdirdiyi raketlər əleyhinə müdafiə sisteminə cavabdır. Rusiya Federasiya Şurasının komitə sədri Viktor Ozerovun sözlərinə görə, Moskva gözlənilən hər hansı bir təhlükəni nəzərə alaraq, Qərb istiqamətində aerokosmik müdafiə sistemini gücləndirmək məcburiyyətindədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info