Almaniyanın məşhur şirkəti Türkiyəyə silah embarqosu tətbiq edib
Tarix: 29.11.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Almaniyanın “Heckler & Koch” silah şirkəti Türkiyəyə silah satmamaq barədə qərar qəbul edib. Satış strategiyasını dəyişən “Heckler & Koch” gələcəkdə yalnız NATO üzvü və NATO ilə yaxın münasibətlərə malik demokratik, korrupsiyanın mövcud olmadığı ölkələrə silah satacaq.
Bu ölkələr “yaşıl siyahı”ya daxil edilib. Səudiyyə Ərəbistanı, Meksika, Braziliya və Hindistan kimi ölkələr bu siyahıdan kənarda qaldığı üçün gələcəkdə həmin ölkələrə silah satılmayacaq. Almaniya mətbuatı şirkətin “sarı siyahı”ya daxil etdiyi Türkiyəyə də gələcəkdə silah satmamaq niyyətində olduğunu yazıb. “Heckler & Koch”un silah satışı ilə bağlı Almaniya hökumətindən icazə almaqda çətinliklə üzləşdiyi üçün satış strategiyasını dəyişdirdiyi bildirilir. Bununla belə, “Heckler & Koch” indiyə qədər imzalanmış müqavilələr çərçivəsində “yaşıl siyahı”ya daxil edilməmiş ölkələrə silah satışı ilə bağlı öhdəlikləri də yerinə yetirəcək. Qeyd edək ki, bundan öncə Avstriya parlamenti Türkiyəyə silah satılmamasını tövsiyə edən qərar qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Zabaykalye diyarında avtomobil qəzası nəticəsində yeddi nəfər həlak olub
14.11.2019
Rusiya kolleclərinin birində silahlı insident baş verib
14.11.2019
Türkiyədə hərbi mərkəzdə ardıcıl 3 partlayış olub, yaralılar var
13.11.2019
Qvatemala və Salvadorda 5,9 bal gücündə zəlzələ olub
13.11.2019
Xaçmazda 20 yaşlı şəxsi qatar vuraraq öldürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info