“Azarkeşlər fərqli “Barsa” görəcəklər”
Tarix: 29.11.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“Barselona”nın baş məşqçisi postunda ilk dəfə deyə bilərəm ki, rəqib bizdən üstün oynadı. Amma bu o demək deyil ki, çempionluq mübarizəsindən əlimizi üzmüşük”.
Bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike deyib. La Liqanın XIII turu çərçivəsində “Real Sosyedad”ın qonağı olan “Barsa” meydandan heç-heçə ilə ayrılıb - 1:1. Ölkəsinin mətbuatına açıqlama verən Enrike bu görüşdə rəqibin daha üstün oynadığını etiraf edib. Bununla belə, o, dekabrın 3-də keçiriləcək “El-Klasiko”da azarkeşlərin fərqli “Barsa” görəcəklərini bildirib: “Daha yaxşı oynamağa başlamalıyıq. Son vaxtlar ərzində ən pis oyunumuzu keçirdik. Əminəm ki, azarkeşlər “El-Klasiko”da başqa “Barselona” görəcəklər. Çempionluq mübarizəsi haqda 13 turdan sonra fikir bildirmək tezdir. Biz bu yarışda sona qədər əlimizdən gələni edəcəyik. Qeyd edək ki, La Liqada 13 turdan sonra turnir cədvəlində ikinci pillədə qərarlaşan “Barselona” lider “Real”dan 6 xal geri qalır. Kataloniya təmsilçisinin Sosyedaddakı qələbə həsrəti 10 ilə çatıb. Belə ki, “Barsa” ardıcıl 7-ci dəfədir ki, “Anoete” səfərində qələbə qazana bilmir. Komanda sonuncu dəfə bu arenadan 2006-07 mövsümündə 3 xalla dönüb. Digər maraqlı məqam isə ondan ibarətdir ki, “Barselona” cari mövsümdə bütün turnirlərdə ilk dəfədir ki, topa sahib olmada rəqibinə uduzub. Görüşdə Luis Enrikenin yetirmələrinin topa sahib olma dərəcəsi 47,4% olub.






 
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Bavariya“ Almaniya kubokunun qalibi olub
26.05.2019
Maurissio Sarri gələn mövsümdən “Yuventus” klubunu çalışdıracaq
26.05.2019
“Qalatasaray“ klubu Fateh Tərimlə yeni müqavilə imzalayıb
26.05.2019
“Valensiya“ İspaniya Kubokunun qalibi olub
25.05.2019
“Arsenal“ klubunun futbolçuları Bakıdadırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info