“Azərbaycan hər zaman ən yaxın dostu kimi Belarusa arxalana bilər” (Yenilənib)
Tarix: 29.11.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Azərbaycana rəsmi səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Lukaşenkoya, Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Prezidentlər rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək görüşü olub. “Belta”nın məlumata görə, Azərbaycan Prezidenti deyib ki, ölkəmiz Belarusla bütün sahələrdə əməkdaşlığı fəal şəkildə davam etdirmək əzmindədir. Prezident qeyd edib ki, iki ölkə rəhbərləri arasında keçirilən görüşlər mütəmadi xarakter daşıyır: “Bu o deməkdir ki, ölkələrimiz arasında ən böyük dostluq və qardaşlıq münasibətləri mövcuddur”. Belarus Prezidenti isə qeyd edib ki, Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər. Onun sözlərinə görə, Belarus hər zaman Azərbaycan üçün faydalı olan hər şeyi edəcək: “Bizim imkanlarımızı siz yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Bizim aramızda qapalı mövzu yoxdur. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik və edəcəyik. Biz öz əməkdaşlığımızla heç kəsə zərər vermirik, fəaliyyətimizə aid ən aktual məsələlərin müzakirəsi zamanı açığıq, gələcəkdə də açıq olacağıq”. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti görüşdə bəyan edib ki, Azərbaycanla Belarus təkcə özləri üçün deyil, həm də üçüncü dövlətlər üçün etibarlı tərəfdaşdır. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Belarus prinsipial siyasət yürütdüklərinə və münasibətlərdə dürüst olduqlarına görə beynəlxalq arenada nüfuza malikdirlər. Prezident deyib ki, Azərbaycanla Belarus qısa müddət ərzində ticarət dövriyyəsini artıra bilər. Dövlət başçısı qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı sevindirici olsa da, qarşılıqlı ticarətin səviyyəsi qaneedici deyil: “Ticarət dövriyyəsinin artırılması ilə bağlı fikir mübadiləsi apardıq. Bunun üçün yaxşı potensial var. Biz işi düzgün qurmaqla, qısa müddət ərzində qarşılıqlı ixracı artıra bilərik”. Belarus Prezidenti isə deyib ki, ölkəsi Azərbaycanla neft sahəsində uzunmüddətli perspektiv üçün əməkdaşlıq etməyə hazırdır: “Əgər, sizin Avropa bazarında, eləcə də başqa bazarlarda marağınız varsa, gəlin, oturaq danışaq. Biz Azərbaycanın maraqları tələb etdiyi qədər irəli getməyə hazırıq”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb
17.11.2019
Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
17.11.2019
Müxalifətin Əli İnsanov kimi biriylə işbirliyinə girməsi təkcə dövlətə deyil, xalqa da xəyanətdir
17.11.2019
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
17.11.2019
Türkiyədə yol qəzasında 4 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info