“Latın Amerikası Çin və ABŞ arasında yeni döyüş meydanıdır”
Tarix: 02.04.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


İspaniyanın “El Pais” nəşri son zamanlar aktual mövzulardan biri olan Çinin dünyada artan iqtisadi gücü və Amerika Birləşmiş Ştatlarının bundan narahatlığı mövzusunda araşdırma məqalə dərc edib. Məqalədə Çinin Latın Amerikası ölkələrinə yatırdığı investisiyalar və statistik göstəricilər, dünya bazarında Çinin yeri barədə məlumatlar da öz əksini tapıb. Məqaləni ixtisarla təqdim edirik:
“Latın Amerikasında son iyirmi ildəki demokratik sabitlik və iqtisadi əmin-amanlıq ona gətirib çıxardı ki, həmin ölkəyə ABŞ-ın “arxa həyəti” kimi baxmağa başladılar. Kifayət qədər həmin coşğun iqtisadi artım region ölkələrinin Çinlə ticari-iqtisadi əməkdaşlığı ilə izah olunur. Çinin Latın Amerikasındakı təsirinin tədricən güclənməsi ABŞ-ın cənub qonşuları ilə münasibətdə istifadə etdiyi üstünlükləri zəiflədə bilər. Hazırda ABŞ bu ticari-iqtisadi əlaqələrin siyasi sahəyə keçməsindən narahatdır.
“Çinin dinamik inkişaf edən iqtisadiyyatı onu yeni bazarlar axtarmağa sövq edir ki, Latın Amerikası da həmin motivlər üzrə olan ehtiyacı ödəyir. Bu, qitə üçün və dolayısıyla ABŞ üçün yaxşıdır”, - deyə Dövlət Departamentinin Qərb yarımkürəsi bölməsinin məsləhətçisi Deniel P.Erikson bildirib. Latın Amerikası və Karib hövzəsi ölkələrinin İqtisadi Komissiyasının ekspertləri hesab edirlər ki, 2015-ci ildə Çin Avropa Birliyini sıxışdıraraq Latın Amerikasında ABŞ-dan sonra ikinci əsas investora çevriləcək.
Çinin iqtisadi artımı region ölkələrinə böyük təsir edib. “SERAL”ın məlumatlarına əsasən, ÇXR Braziliya, Çili və Perunun əsas ticarət tərəfdaşıdır və Argentina, Kosta-Rika və Kubadan əmtəə idxalının həcminə görə ikinci yerdə durur. Çin Amerika qitəsinin cənub yarımkürəsində ABŞ-ın yalnız əsas iqtisadi rolunu zəiflətmir, eyni zamanda orada daha çox öz nüfuzunu möhkəmləndirir.
Bunu Latın Amerikası və Karib hövzəsi ölkələrinin rəyi soruşulan vətəndaşlarından 68,2%-nin ÇXR-in regiona müsbət təsirini deməsi sübut edir. ABŞ-ın bu cür təsir payının olduğunu deyənlər isə 62,2% təşkil edib. Rəyi soruşulan hər 5-ci adam isə hesab edir ki, Çin Yaponiya, Hindistan və ABŞ-dan irəlidə gedən ən nüfuzlu ölkədir.
Çin mədəniyyət tarixinin Asiya tədqiqatları şöbəsinin müəllimi və Dyuk Universitetinin Çin tədqiqatı üzrə Mərkəzin direktoru Lyu-Kanq Çinin bu müsbət təsirinin hökumətin regionda apardığı “praqmatik diplomatiya” ilə bağlı olduğunu deyib: “Latın Amerikasındakı Çin investisiyaları özündə ideoloji əsaslar daşımır. Çin siyasəti Yaxın Şərq və Afrikada olduğu kimi daha çox effektiv oldu”. O həmçinin bildirib ki, Çin artıq ticarət əlaqələrini quraraq, qitənin ayrı-ayrı ölkələrindən Tayvanı Çin ərazisi kimi tanımağı tələb etmir
Çinin Ticarət Nazirliyinin məlumatına görə, Latın Amerikası Asiyadan sonra ikinci investisiya regionudur. “Vudro Vilson adına Mərkəz”in məlumatına əsasən, əgər Çin 2000-ci ildə Latın Amerikasına 10 milyard dollar sərmayə yatırmışdısa, 2009-cu ildə sərmayənin həcmi 100 milyard dollara qədər artdı, 2011-ci ildə isə 245 milyard dollara çatdı. Bu isə Latın Amerikasının 2009-cu ilin iqtisadi böhranının nəticələrini yüngül keçirməsində həlledici rol oynadı.
ABŞ Çinin Amerika qitəsində artan nüfuzuna sakit yanaşsa da, Çinin əmək bazarındakı şərtləri (malların maya dəyərini azaltmağa imkan verən ucuz işçi qüvvəsi), insan hüquqlarını qorumağa zəmanətin olmaması barədə xəbərdarlıqlarından da qalmır.
Daha bir problem isə Çinin Braziliya və Meksika kimi daha dinamik inkişaf edən Latın Amerikası ölkələri ilə mümkün rəqabətidir. İqtisadçı Maurisio Moskita Moreyr hələ 2011-ci ildə iddia etmişdi ki, nə qədər ki hər iki ölkə eyni malları istehsal edir, Çin Braziliyanın sənaye ekspansiyası üçün “başlıca təhlükədir”.
Meksika ilə əlaqələr də hər iki ölkə arasındakı iqtisadi rəqabətin göstəricisidr. Belə ki, Çin ABŞ bazarında Meksikanın başlıca rəqiblərindən biri oldu.
Bir sözlə, Latın Amerikası ölkələrinin iqtisadiyyatının Çindən asılılığı böyükdür.
Hərçənd ABŞ Çinin iqtisadi təsirinin siyasi təsirə çevrilməməsini izləsə də, Vaşinqton artıq Çinin ticarət ekspansiyası ilə barışıb. 2006-cı ildən başlayaraq hər iki ölkə regiondakı işlərin vəziyyəti barədə müntəzəm olaraq dialoq aparır. Barak Obama Ağ Evə rəhbərlik edəndən sonra isə 2010 və 2012-ci illərdə yüksək səviyyədə iki görüş baş tutub. Prezidentlərin növbəti görüşü isə bu ilin sonuna planlaşdırılır”.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info