“Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans
Tarix: 29.11.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Ukrayna, İran, Almaniya və Avstraliyadan olan tanınmış arxeoloqlar iştirak edirlər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan elminin inkişaf səviyyəsinin dünyada tanıdılmasında beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. AMEA-nın beynəlxalq əlaqələrindən söz açan akademik işğal altında olan əzəli torpağımız Qarabağın tarixən Azərbaycanla üzvi bağlılığını arxeoloji abidələrin də sübut etdiyini vurğulayıb.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova son illərdə Azərbaycan arxeologiyasının əldə etdiyi nailiyyətlərdən bəhs edib. Qarabağ abidələrinin tədqiqinin və tanıdılmasının institutun əsas prioritet istiqaməti olduğunu deyən professor bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib. M.Rəhimova Qarabağda, o cümlədən cəbhəyanı ərazilərdə beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan mühüm arxeoloji tədqiqatlardan, son dövrlərdə bu tədqiqatların nəticələrini əks etdirən, Azərbaycan, ingilis, rus və digər dillərdə nəşr edilmiş elmi əsərlərdən söz açıb.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova bildirib ki, konfrans Azərbaycanın işğal edilmiş torpaqları haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bir daha ortaya qoyur. Məqsədimiz Azərbaycanın tarixi torpaqları haqqında məlumatları dünyaya yaymaqdır.
Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Rauf Munçayev, AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Qarabağın arxeoloji irsinin öyrənilməsinin aktual və mühüm məsələ olduğunu bildiriblər. Çıxış edənlər Qarabağ ərazisindəki arxeoloji abidə və artefaktların qonşu regionlardakı həmdövr analoqları barədə mövzulara toxunublar. Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.
Elmi konfransda Azərbaycan, Qarabağ regionu və bütünlükdə Avrasiya arxeologiyasının müxtəlif dövrlərini əhatə edən tədqiqatların yekunları üzrə 50-dən çox elmi məruzələr dinləniləcək. Həmçinin konfrans iştirakçılarının və qonaqların Bakı və onun ətrafındakı arxeoloji abidələrə, o cümlədən, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq kompleksinə səfəri təşkil ediləcək. Konfrans noyabrın 30-da başa çatacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info