Azərbaycanın ixrac məhsulları Dubayda təbliğ olunur
Tarix: 29.11.2016 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Azərbaycanın ixrac missiyası Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindədir.
Missiyaya ölkəmizdə meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi daxildir. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfərin ilk günü Azərbaycan şirkətlərinin təmsilçiləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Dubay Exports”un təşkilatçılığı ilə ikitərəfli görüşlər keçiriblər. İyirmiyə yaxın Birləşmiş Ərəb Əmirlikləri şirkətinin nümayəndəsinin iştirak etdiyi görüşlərdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Birləşmiş Ərəb Əmirliklərinə ixrac imkanlarına dair müzakirələr aparılıb. Şirkətlərimiz istehsal etdikləri keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriblər. Bu gün isə Azərbaycan iş adamları Dubayın “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olacaqlar. Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş sayca ikinci ixrac missiyasının Dubaya səfəri noyabrın 30-dək davam edəcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Trans-Xəzər boru kəməri Türkmənistan qazının Avropaya tranziti üçün əsas marşrutdur
16.11.2019
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib
16.11.2019
İlin sonunadək “Türk axını” boru kəməri layihəsi tamamlanacaq
15.11.2019
“AzerGold” İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb
15.11.2019
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan müsəlman din xadimlərini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info