Milli brend məhsulu istehsal etməyə ehtiyac var
Tarix: 29.11.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Beynəlxalq bazarlarda ölkənin özünə xas məhsulla tanınması böyük miqdarda valyuta axını təmin edə bilər

Dünyada kənd təsərrüfatı yenidən kəşf edildiyini deyən mütəxəssislər bildirirlər ki, bir tərəfdə aclıq, qidalanma ilə bağlı çatışmazlıqlar, ərzaq təhlükəsizliyi zəmanətinin olmaması və digər tərəfdən israfın yaşandığı bir dövrdə kənd təsərrüfatı yenidən gündəmə gəlir.

Hər il bütün dünya əhalisini doyuracaq qədər qida istehsal edilir, ancaq bu qidanın dörddə biri israf edilir
Dünyada getdikcə artan sağlam və balanslı qidalanma qayğısı, keçmişə yenidən sürətli dönüşü özü ilə gətirməkdədir. Kənd təsərrüfatının müasirləşməsi və sürətli şəhərə axın faktı kənddə həyatını davam etdirə bilməyən ailələrin şəhərə köçməsinə və əkinçilikdən ayrılmasına səbəb olur. Sürətli şəhərə köç, məşğulluğun kənddə məhdud artımı və ya artmaması, qanuni tənzimləmələr artıq kənd sakinlərini orada saxlamağa yetmir. Bu isə ənənəvi qidaları özünə xas olmaqdan ayıraraq müasir əkinçiliyin və texnologiyanın əsiri halına gətirir. Bu vəziyyət sənaye əkinçiliyinin, qidanın böyük şirkətlər tərəfindən inhisara alınması nəticəsini ortaya qoyur. Əlbəttə texnoloji inkişaflar, şəhərə köçmək, nəqliyyat imkanları və qlobal bazarlar qida təhlükəsizliyi baxımından yeni imkanlar təmin edə bilər. Amma qida siyasətini tamamilə qlobal bazarların və böyük şirkətlərin axınına buraxan, qidanı yalnız bir xam maddə olaraq görən yanaşmaların olduğunu bir çox ölkənin nümunəsində görmək olar. Məsələn, bunun üçün Latın Amerikası ölkələrinə baxmaq kifayətdir.
Dünyada qida mövzusu müzakirə edilərkən əhəmiyyətli bir mövzu sahəsi də enerji hesab edilir. Çünki sənaye imkanı olmayan kənd təsərrüfatı məhsulları istehsalı, ənənəvi qida istehsalı, eyni zamanda dünya enerji sərfini da azaldacaq. Bu gün Amerikada bir qidanın bazara çatması üçün 3.000 km, Kanadada 3.500 km, Yaponiyada 7.000 km yol qət edilirdiyindən enerji istehlakı da o qədər çox olur. Bu baxımdan özünü təmin etmə, yerli qida və qida təhlükəsizliyi ön plana çıxır. Dünyada 1 milyarda yaxın insan aclıq çəkir, hər 8 saniyədə bir uşaq aclıqdan ölür, 5 yaşın altında həyatını itirən uşaqların yarısı aclıq səbəbiylə ölür. Dünyada hər il bütün dünya əhalisini doyuracaq qədər qida istehsal edilir, ancaq bu qidanın dörddə biri israf edilir, vərəm, QİÇS və qızdırma səbəbiylə ölən insanların cəmindən daha çox insan aclıq səbəbiylə ölür.

Əkinçiliyin gələcəyi
necə olacaq?

FAO-nun bu təsbiti çox əhəmiyyətlidir: "Qida təhlükəsizliyi olmadan ictimai və iqtisadi inkişaf da mümkün deyil". Ona görə də bitki mənşəli istehsal, heyvandarlıq, meşə təsərrüfatı, balıqçılıq və su məhsulları kimi kənd təsərrüfatı sektorları bu kompleks çətinliyin aradan qaldırılmasında açar rolu oynaya bilər. Burada “ailə əkinçiliyi” üçün çətin anlar yaranır. Çünki kiçik fermerlər, yerli şərtlərə uyğunlaşdırılmış davamlı əkinçilik tətbiqlərini mənimsəyərək məhsuldarlığı və gəlir baxımından əhəmiyyətli qazanclar əldə edə biləcək potensiala sahibdirlər. FAO-nun məlumatına görə, iqlim dəyişikliyi ilə mübarizə etməyə istiqamətlənmiş təcili və ortaq bir mövqe müəyyənləşdirilməzsə, təxminlərə görə 2100-cü ildə qarğıdalıda məhsuldarlıq 20-45 faiz, buğdada 5-50 faiz, düyüdə 20-30 faiz, soyada isə 30-60 faiz arasında eniş yaşana bilər.

Qida artıqlarının illik qlobal maliyyəti 2,6 trilyon dollardır: bu isə dünyada 800 milyon aç insanın doyması üçün kifayətdir

Dünyada artmaqda olan bir əhalini doyurmaq üçün dünyanın daha məhsuldar, dayanıqlı və davamlı əkinçilik inkişaf növlərinə keçməsi şərtdir.
FAO, üç əsas hədəfə çatıla biləcəyini göstərir. Bunlar kənd təsərrüfatı məhsullarının istehsalı və gəlirlərin davamlı şəkildə artırılması, iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılıq yanaşmasının yaradılması, mümkün yerlərdə istixana qazı emissiyalarının azaldılmasıdır. Heyvandarlıqda əldə edilən məhsullara olan tələbin, gəlir və əhali artdıqca önümüzdəki illərdə artacağı gözlənilir.
Bəzi ölkələr yerli məhsulu ilə milyardlarla gəlirlər əldə
edirlər

Dünyada istehsal edilən qidanın üçdə birindən çoxu hər il istehsaldan istehlaka qədər keçən müddətdə ya itir, ya da israf edilir. Qida artıqlarının qlobal maliyyəti, illik cəmi 2,6 trilyon dollardır. İllik 1,3 milyard ton qidaya bərabər olan bu miqdar dünyadakı 800 milyon aç insanın doyması üçün kifayətdir. Dünyada 2 milyard hektar bir sahə qlobal isinmə, iqlim dəyişikliyi, çölləşmə və quraqlıq təhdidi ilə qarşı-qarşıyadır. Bəzi ölkələr yerli məhsulu ilə milyardlarla gəlirlər əldə edirlər. Məsələn, İtaliya 193 yerli məhsulu sayəsində illik 6 milyard avro gəlir əldə edir. Almaniya isə 68 yerli məhsulu sayəsində ildə 3,4 milyard avro qazanır. Milli və beynəlxalq bazarlarda ölkənin özünə xas məhsulu həmin ölkənin iqtisadiyyatına çox yardım edir. Fransa milli və beynəlxalq bazarlarda 170 holoqramlı məhsulu ilə satışdan 3 milyard avro gəlir əldə edir. İngiltərə, yalnız 33 ədəd məhsulunun satışından 1 milyard avro gəlir əldə edir. İspaniya 128 yerli məhsulla hər il 870 milyon avro qazanır. Yunanıstanın 86 yerli məhsulla 753 milyon avro satış dəyərinə sahibdir.

Avropa Birliyində holoqramlı məhsulların ümumi dəyəri 55 milyard avro səviyyəsindədir

İnkişaf etmiş ölkələr holoqram mövzusuna daha çox diqqət yönəldərək artıq ixtisaslaşıblar. Bu işlər daha çox birlik və kooperativlər tərəfindən reallaşdırılır.
Məsələn, İtaliyada “Melinda alması” istehsalçıları, Fransada “Roquefort pendiri” istehsalçıları yenə bu məqsədlə birlik yaradıblar.
Avropa Birliyində 2014-cü ilin rəqəmlərinə görə, holoqramlı məhsulların ümumi dəyəri 55 milyard avro səviyyəsində olub. Bu məhsulların üçüncü dünya ölkələrinə ixrac dəyəri 11,5 milyard avronu aşarkən AB-nin ümumi ixracatı içərisində isə 16 faiz bir paya sahibdir. Dünyanın bir çox bölgəsində yerli məhsulların bəzilərinin məşhurluğu istehsal edildikləri bölgədə qalarkən, bəziləri milli, hətta beynəlxalq bazarlara yayılır. Həm məhsul, həm çıxarıldığı bölgə marka olur. Bu işdən hər kəs qazanclı çıxır. Bu baxımdam Azərbaycan məhsullarının brendləşdirilməsinə, dünya bazarlarına çıxarılmasına böyük ehtiyac var.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info