“Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər”
Tarix: 29.11.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda konfrans keçirilib. Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın iştirakı ilə keçirilən konfransa dövlət və hökumət rəsmiləri, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, hər iki ölkənin ali məktəblərinin rektorları qatılıblar.

“Hazırda 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır”

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkələrimiz arasında təhsil sahəsində səmərəli əməkdaşlıqdan danışıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycanda rus dili və ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilir. Rus dilinin ölkəmizdə öyrənilməsinin multikulturalizm prinsipinə əsaslandığını vurğulayan nazir qeyd edib ki, hazırda 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. Son illərdə Bakıda dövlətin dəstəyi ilə Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsi - Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb.

“Azərbaycanda rus dilini öyrənmək istəyənlərin sayının 5 faiz artması müsbət haldır”

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva təhsil, elm və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində konfransın əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, hər iki ölkədən müvafiq sahələr üzrə fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirən tədbir əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradıb. O deyib: “Təcrübəyə əsaslanaraq müxtəlif istiqamətlərdə əldə olunacaq razılıqların uzunmüddətli və səmərəli olacağını deyə bilərik. Son illər Azərbaycanda qazanılan uğurlar bizi də sevindirir. Bu tərəqqidə ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu uğurlu siyasəti davam etdirməsi Azərbaycanın inkişafının davamlılığına zəmin yaradır. Azərbaycan təkcə region ölkələri ilə deyil, bütün dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əlaqələrini genişləndirir”.
Rusiyalı nazir ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, cari il Azərbaycanda rus dilini öyrənmək istəyənlərin sayının 5 faiz artmasını müsbət hal kimi dəyərləndirib.
Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının yeni korpusunun açılış mərasimindən videokonfrans olub. Vurğulanıb ki, bu filial Azərbaycanın Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir.
Daha sonra media nümayəndələri üçün brifinq keçirilib və hər iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın bugünkü vəziyyəti ilə bağlı suallar cavablandırılıb.
O.Vasilyeva diqqətə çatdırıb ki, təhsil sahəsində əlaqələrimiz getdikcə möhkəmlənir. Rusiyanın iki universitetində Azərbaycan linqvistikası kafedrası açılıb. Azərbaycan dilinin tədris olunduğu iki məktəb artıq mövcuddur.

Rusiya ali məktəblərində 14 min azərbaycanlı tələbə təhsil alır
O. Vasilyeva bildirib ki, Rusiyanın ali məktəblərində 14 min Azərbaycan vətəndaşı təhsil alır. Nazir diqqətə çatdırıb ki, 2016/2017-ci tədris ilində Rusiyanın ali təhsil müəssisələrinə 351 azərbaycanlı gənc qəbul olunub.
O da vurğulanıb ki, Rusiyada Azərbaycan dilində məktəblərin açılması valideynlərdən asılıdır. Əgər valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, iki ölkə arasında təhsil sahəsində münasibətlər dinamik inkişaf edir. O deyib: “Rusiyanın iki universitetinin Azərbaycanda filialının və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının açılması münasibətlərimizin inkişafının göstəricisidir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info