UNEC-in Dərbənd filialının rəsmi açılışı olub
Tarix: 29.11.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı münasibətilə videokonfrans keçirilib. Əvvəlcə filialın yeni kompleksi əks olunan videoçarx nümayiş etdirilib. UNEC-in rektoru, professor Ədalət Muradov hər iki ölkə prezidentinin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan - Rusiya münasibətlərinin hərtərəfli inkişafına zəmin yaratdığını bildirib.
Rektor İqtisad Universiteti barədə ətraflı məlumat verərək, bildirib ki, ötən il rebrendinq nəticəsində UNEC brendi patentləşdirilib. QS reytinq agentliyinin göstəricilərinə görə, UNEC Şərqi Avropanın və Mərkəzi Asiyanın ən yaxşı iqtisadyönümlü universitetləri arasında dördüncü yerə yüksəlib. UNEC tələbə sayına görə Cənubu Qafqazda iqtisadyönümlü ən böyük ali təhsil ocağıdır. Burada 18 mindən çox tələbə Azərbaycan, türk, rus və ingilis dillərində təhsil alır. Tələbələrin istəyi nəzərə alınaraq, bu ilin sentyabrından UNEC-də Rus İqtisadiyyat Məktəbi yaradılıb. Təxminən 18% tələbəyə 11 ixtisas üzrə rus dilində təhsil verilir.
Ə.Muradov UNEC-in Dərbənd filialı haqqında danışaraq qeyd edib ki, burada maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və dünya iqtisadiyyatı olmaqla, dörd ixtisas üzrə tədris aparılır. Tədris Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında işlənib hazırlanıb. Pedaqoji heyət, əsasən, Rusiya Federasiyasının vətəndaşlarından ibarətdir. Bundan başqa, filialda UNEC-in aparıcı professor və müəllimləri mühazirələr oxuyur. Ümumilikdə, filialın pedaqoji heyətinin əməkhaqqı Dağıstan Respublikasının uyğun orta göstəricisindən iki dəfə çoxdur. UNEC-in Dərbənd filialına qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır, deyən rektor vurğulayıb ki, 2016/17-ci tədris ilində filiala 69 nəfər qəbul olunub. Əyani şöbəyə daxil olan Rusiya vətəndaşları ödənişsiz təhsil almaqla yanaşı, onlara UNEC-in büdcəsindən təqaüd də ödənilir. Təqaüdün məbləği Bakıda təhsil alan UNEC tələbəsinin təqaüdünə bərabərdir. Ə.Muradov xüsusi vurğulayıb ki, Dərbənd filialının tələbələri UNEC-in təqdim etdiyi bütün üstünlüklərə malikdirlər. Onlar UNEC-in dünyanın nüfuzlu universitetləri ilə bərabər həyata keçirdiyi ikili diplom proqramlarından yaralana bilərlər. Eyni zamanda, UNEC-in müvafiq mübadilə proqramları ilə Almaniyanın Ziqen, ABŞ-ın Kolumbiya, Litvanın Mikolas Romeris universitlərində, o cümlədən, Türkiyə və Cənubi Koreyanın aparıcı ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə edirlər. Rektor çıxışına “Dərbənd filialının təkcə Rusiyada deyil, bütün regionda yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üzrə aparıcı mərkəzlərdən biri olması üçün bütün gücümüzü sərf etməkdə davam edəcəyik”, deyərək tamamlayıb. Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva UNEC-in Dərbənd fialialının açılmasını əlamətdar hadisə kimi qiymətləndirib: “Özünü nüfuzlu reytinqlərdə təsdiq edən, Cənubu Qafqazın ən böyük iqtisadyönümlü universitetinin filialının Rusiya Federasiyası ərazisində açılması mühüm hadisədir. Sevindirici haldır ki, UNEC-də həm də Rus İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Ümidvarıq ki, UNEC-in Dərbənd filialı Dağıstan üçün lazım olan iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmət göstərəcək. Bildirmək istəyirəm ki, Dərbənd filialında, həqiqətən, bacarıqlı və yüksək peşəkarlığa malik pedaqoji heyət fəaliyyət göstərir. Rusiyalı nazir UNEC-in Dərbənd filialının açılışını vaxtında atılmış addım kimi qiymətləndirib.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov UNEC-in Dərbənd filialının açılışı münasibəti ilə öz təbriklərini çatdırıb. Filialın fəaliyyətə başlamasında Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin, o cümlədən hər iki ölkə səfirliyinin xüsusi dəstəyini vurğulayıb. Nazir Azərbaycan və Rusiya arasında təhsil sahəsində münasibətlərin dinamik inkişaf etdiyini bildirib: “Bu filialın açılması münasibətlərimizin inkişafının göstəricisidir. Xüsusi olaraq bildirmək istəyirəm ki, UNEC-in Dərbənd filialı Azərbaycanın Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir”. UNEC-in Dərbənd filialının ümumi sahəsi 11 min kvadrat metrdir. Filialda bir növbədə 1000 tələbənin təhsil alması üçün 32 auditoriya var. Bütün zəruri infrastruktura malik filialın mühazirə auditoriyaları proyektor və kompüter avadanlıqları ilə təchiz olunub. Hər fənn üzrə ixtisaslaşmış auditoriyalar yaradılıb. Kitabxana və oxu zalı, kompüter və linqafon otaqları, idman və aerobika zalları, tibb məntəqəsi, müasir tələblərə cavab verən 100 yerlik yeməkxana istifadəyə verilib. Filialın akt zalı 284 nəfərlik tədbirin keçirilməsinə imkan verir. Mərkəzi istilik sistemi, avtonom altstansiya, 80 kub metrlik su anbarı yaradılıb, 100 meqabaytlıq internet xətti çəkilib. Dərbənd filialında tam sutka ərzində fəaliyyət göstərən videomüşahidə sistemi quraşdırılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info