“Star” neft emalı zavodu 2018-ci ilin aprelində istifadəyə veriləcək
Tarix: 29.11.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“Hazırda “Star” neft emalı zavodunun ərazisində 100-dən çox şirkət fəaliyyət göstərir”
“SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”-nin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodu layihəsinin ümumi inkişafının 78,3 faizi yerinə yetirilib”.
Bu barədə “Star” neft emalı zavodunun baş direktoru İbrahim Palaz deyib. “SOCAR-ın Türkiyədəki ümumilikdə 18,1 milyard dollarlıq investisiya layihələrinin tərkib hissəsi olan “Star” neft emalı zavoduna indiyədək 3,9 milyard dollar vəsait yatırılıb. Layihə üzrə tikinti işlərinin əsas hissəsi görülüb. Bu vaxtadək mühəndislik işlərinin 99,5 faizi, satınalma işlərinin 95,5 faizi, tikinti işlərinin 57,5 faizi tamamlanıb. Layihənin ümumi inkişafının isə 78,3 faizi icra edilib”, - deyə İ.Palaz əlavə edib. İbrahim Palaz qeyd edib ki, “Star” neft emalı zavodu 2018-ci ilin aprelində istifadəyə veriləcək: “Artıq zavod üzrə işçi qəbulu başlayıb, həmin kadrların hazırlığı təlimləri davam edir. Hazırda “Star” neft emalı zavodunun ərazisində 100-dən çox şirkət fəaliyyət göstərir”. O bildirib ki, “Star” zavodu tamamlandığı zaman illik 10 milyon ton xam neft emalı gücünə malik olacaq. Zavod Türkiyənin dizel, təyyarə yanacağı, nafta və neft koksu kimi məhsullar üzrə idxalını böyük miqdarda azaldacaq: “Star” Türkiyənin ümumi dizel idxalının yarısına qədərini, ölkə tələbatının isə 25 faizini qarşılayacaq. Zavod Türkiyənin idxal etdiyi naftanın hamısını təmin edəcək. Bütövlükdə isə zavod 2,5 milyard dollar dəyərində idxalın ödənilməsinə şərait yaradacaq”. Qeyd edək ki, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorda həyata keçirilən ilk neft emalı layihəsi olmaqla yanaşı, son 30 ildə reallaşdırılan ən böyük özəl sektor layihəsidir. Zavodun qurulmasında əsas məqsəd “Petkim” neft-kimya kompleksinin xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olduğu digər məhsulların istehsal edilməsidir. “Star”ın məhsullarının Aralıq dənizi və Cənubi Avropa ölkələri bazarlarına ixracı nəzərdə tutulur. Zavodun xammalı orta-ağır və açıq-boz xam neft, əsas məhsulları isə dizel və nafta olacaq. “Star”ın istehsal gücü ildə 10 milyon ton (240 min barel/gün) xam neft təşkil edəcək. Hazırda zavodun tikintisi işləri qrafik üzrə davam etdirilir. “Star” layihəsinin dəyəri ümumilikdə təxminən 5,7 milyard ABŞ dollarıdır. Bu məbləğin 3,3 milyard dollarlıq hissəsi İspaniyanın “CESCE”, Yaponiyanın “JBIC” və “NEXI”, Koreya Respublikasının “K-Sure”, İtaliyanın “SACE” və ABŞ-ın “US Exim” kimi iri kredit təşkilatlarından borc kapitalı, qalan hissəsi isə səhm kapitalından təşkil olunub. Layihə özünü maliyyələşdirir və borclar zavod işə düşdükdən sonra “Star” tərəfindən geri ödəniləcək. Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Erməni ekspert: “Belə davam edərsə, Paşinyan yaza qədər hakimiyyətdən qovulacaq”
18.11.2019
Müsavatın “mühacir alveri“ ilə bağlı yeni fakt
15.11.2019
«Məxməri inqilab»dan məyus olanlar Ermənistanı tərk edir
14.11.2019
Müxalifətin “mühacir biznesi” iflasa uğrayır
06.11.2019
Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info